Esmira Fuad yeni kitabı haqqında

Yeni kitabım yayınlandı: “Güney Azərbaycan etnokulturoloji
dəyərlər diskursunda”…
Dərdlərimiz dil açdı səhifələrində… Onları doğuran nədənləri
bacardığım qədərincə incələdim və sonucda ürəyimdən tikan
çıxaran kitab oldu…
Örnək: İranda və Güney Azərbaycanda türkkökənli yer-yurd
adlarının dəyişdirilərək farslaşdırılması məsələsini mənbələr
əsasında bir daha gündəmə gətirərək ədəbiyyata
yansımasından bəhs etdim və milli təəssübkeş yazarımız
Rəsul Qədirinin qonu ilə bağlı yazdığı bu şeiri örnək
gətirdim:
Əzizinəm təpəni, Tikan basıb təpəni, “Tekab”a çevirdilər
Doğma “Tikantəpə”ni…
Əzizim, böyük qala, Kimi köçə, kim qala “Şahindej” nə
deməkdir?! Min yaşa, “Sayınqala”!
Torpaq bizə anadır, Üzüm bağı qanadır. “Piranşəhr”ə
aldanma, Əsil adı “Xana”dır…
Orda vardır iki çay, Bir-biriylə əkiztay. “Miyandoab” tanımam
Nə gözəldir “Qoşaçay”!
Ovçu ovu bəyəndi, Ona atdı kəməndi. “Bukan” nədir,
bilmərəm, Əskidəndir “Bəykəndi…”
Doldur içək, arxadaş! Keflənək yavaş-yavaş. Həmişə bir
səslənər Qara üzüm, “Sarıdaş…”
Gəldilər bizə qonaq, Dedilər qoyun qalaq. Sonra “Mahabad”
oldu O gözəl “Soyuqbulaq…”
Göylərində min ulduz, Qışda yeri qarlı buz. “Nəqədə”dən nə
çıxar? O yerin adı – “Sulduz”!
Gəl, çıxaq dağa ova, Kim ovlaya, kim qova? ”Oşnəviyyə”
tanımam, Əzəl adı “Üçnova…”
Cənub haman güneydir, Şimal haman quzeydir, “Şəbistər”
yeni adder, Qədim adı “Güney”dir…
Həm oyan, həm oyandır, Haqsızlığı dayandır, “Bostanabad”
yenidir, Doğma adı “Ucan”dır…
Qırqovul dəlisovdur, Amma gözəl bir ovdur. Ora
“Meşkinşəhr” deyil, Dəqiq adı “Xiyov”dur…
Kişmişi nə dadlıdır, Mərd igid övladlıdır, “Məlekan” nəyə
lazım? “Məlikkəndi” adlıdır…
Oyan, soydaşım oyan, Haqqına dirən, dayan… “Azərşəhr”ə
nə gərək? Nə gözəldir “Tufarqan!”
Sayhasay ki, qurtarar, Axtaran arar, tapar… Uzaq deyil,
xalqımız O adları qaytarar!..53
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.