Son illər, Azərbaycnın virtual məkanında tanınmış brendlərin, böyük bankların səhmlərini pulsuz və təmənnasız paylayan, Kripto birjalarda təlimlər keçən və böyük faizlər vəd edən, bir saata 700 manat gəlir təklif edən, aldadılmış səhimdarlara pulsuz hüquqi yardımlar edən və bir sözlə hər şeyi pulsuz edən beynəlxalq mütəşəkkil cinayətkar dəstə aktiv fəaliyyət göstərməkdədirlər. Son altı aydır ki, sosial şəbəkələrdə “Bu həftənin sonuna qədər qeydiyyatdan keçməsəniz SOCAR-ın investisiya layihəsindən pay ala bilməyəcəksiniz” kimi reklam çarxları yəqin ki, çoxlarının qarşısına çıxıb.
Mikroiqtisadiyyatda asimmetrik məlumat qarşı-qarşıya olan tərəflər arasında məlumatın qeyri-bərabər paylanması kimi izah edilir. Məlumatın asimmetrik paylanması vəziyyətində bir tərəf razılaşmanın predmeti, onun bağlanma şərtləri və ya onun icrası zamanı davranışı haqqında digərindən daha çox bilir. Belə hadisələr kiberməkanda müxtəlif xidmətlərin həyata keçirilməsi zamanı tez-tez baş verir. Hüç şübhəsiz onlayn münasibətlərdə mötəbərlik faktoru, qarşı tərəfin etibarı məsələləri çox əhəmiyyətlidir. Xüsusilə də bu münasibətlər maliyyə tutumludursa.
Sosial şəbəkələrdə, müxtəlif zaman və məkanlarda mütəmadi dələduzluq “layihələri” həyata keçir və çox az müddətdə ifşa olunurlar. Az sayda layihələr təqibdən çanını qurtara bilir. Məsələn, 2000-cı illərdə “Kasperski” adlı anti-virus proqramlarını kütləvi şəkildə almaq məcburiyyətində olan istifadəçilər xeyli müddət keçəndən sonra məlum oldu ki, məhz onların özləri tərəfindən hazırlanan viruslar məcbur edir ki, bu proqramları alıb istifadə edək. Nəhayət, “Novaya qazetanın” 25 mart 2022-ci ildə verdiyi məlumata görə ABŞ hakimiyyət orqanları Kaspersky Labaratoriyasını ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığı səbəbindən şirkətə sanksiyalar tətbiq etdi. Əlbəttə ki, yalnız Rusiya Federasiyasının himayəsində oldugu üçün şirkətin rəhbəri və bir neçə proqram mütəxəssisi həbsdən yaxa qurtara bildi.
Odur ki, qeyd olunan bu dəstənin üzvlərinə də adi dələduzlar olaraq baxmaq yanlışdır. Onlar, kiber mühitdə davranış normalarını və texniki imkanları yaxşı bilən, müasir və yüksək dərəcəli proqram təminatı ilə təchiz olunmuş, peşəkar təlimlər keçmiş, bir neçə xarici dil bilən, hüquqi normalar və dövlətlərin qanunvericiliyindən xəbərdar olan intellektual gənclərdir. Əməliyyat etdikləri dövlətlərin qanunvericiliyini pozmur və üçüncü dövlətin kiber ərazisində fəaliyyət edirlər. O ölkələrin də qanunvericiliyini bilir, bank sistemi və əməliyyatların alqoritmi ilə tanışdırlar, “qurbanları” ilə səmimi ünsiyyətdə inandırıcı və mötəbər məlumatları verməklə etibar qazanır, uzun və səmimi söhbətlər prosesində öz qurbanlarını “tora” salırlar.
Bu “mütəxəssislər” onlayn təlim kursları yaradır, birja təlimləri keçirir, müştərilərini kripto valyuta əməliyyatlarına cəlb edir, bank köçürmələri edir, yüksək qazanclar vəd edərək müxtəlif layihələri təşviq edirlər. Ən başlıcası da odur ki, bu işləri “pulsuz və təmənnasız” edirlər. İlk dələduzluq əməliyyatından sonra yox olurlar və ikinci mərhələ işə düşür. İkinci mərhələdə hüquqi dəstək təklif edir, bir sıra möhürlü hüquqi sənədlərlə inam qazanır və itirilmiş məbləğin təmənnasız geri qaytarılacağına inandırmağa çalışırlar. Günlərlə və saatlarla səmimi ünsiyyətə girərək itirilmiş vəsaitin qaytırılacağına inandırmağa çalışır və müxtəlif cazibədar təkliflər edirlər. Bu mərhələnin də nəticəsində növbəti dələduzluq hadisəsi baş verir və yenə də yox olurlar. Bu zaman üçüncü mərhələ işə düşür. Bu mərhələdə dələduzların məhkəmə prosesində vəsaitlərini itirmiş tərəf olaraq iştirak edirlər və yenə də uzun-uzadı söhbətlərlə inam qazanmağa çalışırlar. İnam qazanmaq üçün müxtəlif alətlərə malikdirlər. Bank hesablarından əslinə tam oxşayan çıxarışlar, inandırıcı hüquqi sənədlər təqdim edir, itirilmiş məbləğin konkret hansı bankın hesabında “həbs” olunduğu və onu həbsdən çıxarmaq üçün lazım olan əməliyyatları göstərir – bir sözlə yüksək texnolojı və psixolojı peşəkar kimi davranırlar.
Bu gənc “vunderkindlərin” beynəlxalq dələduz dəstəsi oldugu, saxta profillərlə əlaqəyə girdikləri, profillərini və adlarını tez-tez dəyişdirdiklərini, böyük bir qrup oldugu və yüksək təhsilli olmaları, dünyanın müxtəlif reqionlarında telefon nömrələrinin qeydiyyatdan keçirərək ünvanlarını tez-tez dəyişdirmələrinə baxmayaraq bir sıra məlumatları əldə etmək mümkündür.
Rəqəmsal məkanın xüsusiyyətlərini bilən hər bir kəs tərəddüdsüz deyə bilər ki, bu qrupu asanlıqla deşifrə etmək və yaxalamaq olar. Razıyam. Lakin müəyyənləşdirmək lazımdır ki, bunu kim edəcək? Onlar lokasiya olduqları məkanlarda qanunsusluq etmirlər, əksinə dələduzluq yolu ilə əldə etdikləri vəsaitdən həmin dövlətlərə vergi də ödəyirlər. Hal-hazırda Ermənistanda belələri çoxdur. Bu “dələduzların” bir çox halda offisləri də yaşadıqları evləridir və əməliyyatlara onlayn qoşulurlar. Məsələn, marketinq meneceri əməliyyata Estoniyadan qoşulur, bir qədər sonra maliyə mütəxəssisi İsveçrədən qoşulur, baha sonra hüquqşunas Finlandiyadan qoşulur və s. Qurbanları ilə uzun müddətli kommunikasiyanı “Teleqram” kanalları vasitəsi ilə etdiklərinə görə ehtimal etmək olar ki, Rusiya qurumlarının himayəsi altındadırlar.
Müştəriləri ilə bir neçə dildə səlist danışa bilmələrinə baxmayaraq böyük bir komandanın bütün üzvləri ruslardır. Bu gənc “vundekindləri” bir komandada birləşdirən onların Moskvanın “Skolkovo” təhsil mərkəzinin yetişdirmələ olmasıdır. Bu mərkəz təhsil müəssisəsi kimi qeydiyyatdan keçməyib və buraya xüsusi keyfiyyətlərinə görə gəncləri toplayır, hazırlayır və ayrı-ayrı layihələrə cəlb edirlər. Bu Skolkova haqqında daha geniş araşdırma aparmaq vacibdir. Çünki böyük və şübhəli layihələrin mərkəzi olan bu şərkətə bir çox beynəlxalq sanksiyalar qoyulmuş və eyni zamanda, bu kimi bir neçə dəstənin başçısı hal-hazırda Bakı həbsxanasında həbsdə olan Ruben Vardanyandır. Şübhəli tərcümeyi-halı olan, çirkli biznes fəaliyyəti ilə diqqəti cəlb edən bu quldurun Azərbaycan kiber məkanında öz tərəfdarları ilə keçirdiyi əməliyyatlar da öyrənilməlidir. Qeyd edək ki, bu əməliyyatların nəticəsində Azərbaycandan milyonlarla vəsait mənimsənilmişdir.
Məhz onun həbsindən sonra bu mütəşəkkil dəstə Azərbaycan kiberməkanında daha da aktivləşdi, Azərbaycanın sosial şəbəkələrində öz fəaliyyətlərinin təbliğinə xeyli reklan vəsaitləri xərcləməyə başladılar.
Görünür Azərbaycanın kiberməkanında bu kimi hücumlar bir müddət də davam edəcək. Lakin Moskvanın Skolkovo qurumu, onun Skolkovo İnnovasiya Mərkəzi, ora bir müddət rəhbərlik etmiş və hal-hazırda onun səhmdarlarından olan R.Vardanyan haqqında daha geniş araşdırmalar aparmağa ehtiyac var.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru
Şərhlər bağlıdır.