Gələn aydan İran və Tacikistan arasında viza rejimi ləğv ediləcək

“Hamshahri Online” saytı xəbər verir ki, İranın Tacikistandakı səfirliyi fevralın
3-dən Tehran və Düşənbə arasında viza rejiminin ləğv ediləcəyini açıqlayıb.
Bildirilib ki, iki ölkə arasında viza rejiminin ləğvi barədə İranın Nazirlər Kabineti
qərar çıxarıb.
Məlumata görə, iki ölkə pasportuna sahib olan vətəndaşlara İrandan
Tacikistana və əks istiqamətdə hava yolu ilə viza tələb olunmadan gediş-gəliş
və hər 90 günlük müddətdə 30 gün qalmaq icazəsi veriləcək.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.