Ərəb körfəzi və İranda dəyişdirilən türk adları

 

Ötən həftə İranla ABŞ arasında daha bir qalmaqal yaşanıb. Bu dəfə dava nüvə
proqramı ilə bağlı deyildi. Qərb mediası xəbər yaymışdı ki, ABŞ Prezidenti Donald
Tramp Fars körfəzinin adını dəyişib Ərəb körfəzi qoymaq istəyir.
Bu barədə “Azad İran” “YouTube” kanalının yeni buraxılışında deyilir.
“Trampın Meksika körfəzini Amerika körfəzi adlandırması kontekstində bu xəbər o
qədər də təəccüblü olmadı. Üstəlik, xəbər ABŞ prezidentinin Səudiyyə Ərəbistanına
səfəri ərəfəsində yayıldı və Trampın ərəblərə, xüsusən Körfəz ölkələrinə belə bir jest
etməsi mümkün sayıldı. Elə bu da İran siyasi dairələrində, eləcə də cəmiyyətin
farsdilli hissəsində ciddi narahatlığa səbəb oldu və geniş reaksiya doğurdu. İran
prezidenti və xarici işlər nazirindən tutmuş keçmiş İran şahının oğluna qədər iqtidarlı
müxalifətli çeşidli simalar məsələyə kəskin münasibət bildirdilər və Fars körfəzinin
adının həmişə Fars körfəzi olaraq qalacağını bəyan etdilər. Məsələ sosial
şəbəkələrin də əsas müzakirə mövzularından birinə çevrildi.
Doğrudur, sonradan Tramp bildirdi ki, Fars körfəzinin adı ilə bağlı hələ qəti qərar
qəbul etməyib, həm də heç kəsin xətrinə dəymək istəmir. Amma iş orasındadır ki, bu
mübahisə Trampın ortaya atdığı məsələ deyil: ötən əsrin 60-cı illərindən bəri bu
məsələ üstündə İranla ərəb ölkələri arasında vaxtaşırı mübahisə yaşanır. Deyilənə
görə, Fars körfəzini ilk dəfə Ərəb körfəzi adlandıran şəxs 1958-1963-cü illərdə İraqın
baş naziri vəzifəsini tutmuş Əbdülkərim Qasim olub. Bəziləri də Ərəb körfəzi adından
ilk dəfə Misirin məşhur prezidenti Camal Əbdülnasirin istifadə etdiyini bildirirlər. Hər
necə olsa da, hazırda ərəb siyasi dairələrində və mediasında əsasən Ərəb körfəzi,
yaxud sadəcə Körfəz adından istifadə olunur. Hətta “Google” xəritəsində də Ərəb
körfəzi adı Fars körfəzi ilə bərabər işlədilir”, – deyə materialda qeyd olunub.

Şərhlər bağlıdır.