İsrailin Suriyadakı özünə məxsus taktikası

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın cənubundakı Ezra
şəhərində komanda məntəqəsini və sursat anbarlarını məhv edib.
Bu barədə Suriya dövlət telekanalının verdiyi məlumata görə, Dəməşqdən 65 km
məsafədə yerləşən Ezrada 12-ci Tank Alayının səhra düşərgəsinə hücum
nəticəsində komanda məntəqəsi, sursat anbarları və yanacaq anbarı məhv edilib.
Məlumatda deyilir ki, təyyarələr Dəməşqdən cənub rayonlarına gələrək orada
sabitliyi bərpa etmək və druz dağ özünümüdafiə qüvvələrini tərksilah etmək üçün
Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinə hücum
edib. Guya ki bu, Suriya, Livan, İsrail və İordaniyada yaşayan ərəbdilli etno
konfessional qrupunun müdafiəsi məqsədilə edilib. Qeyd edək ki, Suriyada 700 min
druz yaşayır. Onlar kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini və etnik
azlıqdırlar. İsrailin əlinə bu dəfə də quzğunluq planını yerinə yetirmək üçün bəhanə
düşüb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.