Yaponların Urmuda pulları yoxa çıxıb

Yaponiya hökumətinin Urmu gölünün bərpası və məhvinin qarşısını
almaq üçün İran hökumətinə verdiyi 4 milyon 500 min dollar pul yoxa
çıxıb.
Bu haqda Urmu gölünün tamamilə quruyacağı barədə xəbərdarlıqlardan
sonra sosial media şəbəkəsində paylaşım edilib.
Qeyd edək ki, Urmu gölünün bərpası ilə bağlı Tokio və Tehran arasında
2024-cü ilin oktyabr ayının əvvəlində razılaşma imzalanıb və Yaponiya
təfəi bunun üçün əvəzsiz olaraq 4,5 milyon dollar vəsait ödəyib.
Mənbələr bildirir ki, buna baxmayaraq, o gündən bu günə kimi gölün
bərpası üçün heç bir iş görülməyib və Azərbaycanın təbiət incisi daha da
acınacaqlı vəziyyətə düşüb.
Onu da deyək ki, Yaponiya son dəfə 2025-ci ilin aprel ayında yenidən
Urmu gölünün bərpası üçün 3.3 milyon dollar vəsait ayırıb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.