İranın Strateji Araşdırmalar mərkəzlərindən biri dövlətin əsas düşmənləri olan
İsrail və ABŞ-ın İslam Respublikasını parçalamaq, varlığına son qoymaq –
İranı Yuqoslaviyalaşdırmaq planını araşdırmış və gəlinən nəticəni saytlardan
birində yaymışdır.
İranının ehtimali süqutunu, etnik/milli hərəkatlar nəticəsində dağılmasını,
Yuqoslaviya nümunəsi ilə müqayisə etmək və onun əsasında, ilkin şərtlərin
fərqli olduğu nəzərə alınmadığına görə doğru deyil.Müqayisə dağılmış Rusiya,
Osmanlı imperiyaları ilə aparılsa idi, doğru olardı.Amma əsas məsələ bu deyil.
Araşdırmada İran etnoslarının ölkənin müstəqilliyi üçün təhlükə dərəcəsi
müəyyən edilir.Əvvəlcə separatizm mövcud olan reqionların adları- Kürdistan,
Bəlucistan , Ərəbistan/Xuzistan və Azərbaycan/Cənubi Azərbaycan qeyd
edilir.Daha sonra daha fəal separatist etnosların adları, başda kürdlər olmaqla,
çəkilir.Həmin sırada azərbaycamlıların adlarını çəkmək “yaddan çıxır”. Qəsdən
və ya başqa səbəbdən, məlum deyil.
Separatistlərin ölkənin gələcəyi üçün təhlükə təşkil etmədiyi vurğulanır. Nəticə
doğru olardı, əgər azərbaycanlıların etno – milli hərəkatı doğrudan da heç bir
əhəmiyyət daşımasa idi.
Hər halda İranda fars etnosunun deyil, yalnız fars dilinin mövcud olduğunu iddia
edən panfarslar azərbaycanlıların onların hakimiyyəti üçün təhlükə
törətmədiyini iddia edirlər. Bu ya doğrudan da belədir, ya da azərbaycanlıları ”
yuxuya vermək” üçün belə deyirlər. Bunu isə zaman göstərəcək.
Vidadi Mustafayev,
yazı etnoqlobus.az-dan götürülüb
Əvvəlki
Şərhlər bağlıdır.