Həbsdə olan güneyli müəllim Kərəc zindanına köçürülüb

Ötən həftə İsfahanın Şəhriza şəhərində saxlanılan güneyli müəllim və vətəndaş
cəmiyyəti fəal Məsud Fərhixtə Kərəc şəhərinin həbsxanasına köçürülüb. Bu
barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, o, Əlborz əyalətinin Xüsusi Cinayətlər üzrə İnqilab
Məhkəməsinin 7-ci şöbəsinə təhvil verildikdən sonra həbsxanaya aparılıb.
Məsud Fərhixtə sentyabrın 16-da İran Müəllim Birlikləri Koordinasiya Şurasının
növbədənkənar toplantısına qatılarkən saxlanılmışdı.
Qeyd edək ki, Əlborz əyalətinin İslamşəhr şəhərində yaşayan güneyli müəllim
ötən ay 4 il, 1 ay, 17 gün həbs cəzasına məhkum olunub. O, “ölkənin milli
təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “dövlət quruluşu əleyhinə
təbliğat aparmaq”da ittiham edilir.
Azad İran İnformasiya Agentliyi

Şərhlər bağlıdır.