“STOCKHOLM ŞƏBƏKƏSİ” kriminal kino romanı “Qanun” nəşriyyatında çapdan çıxacaq

Kitabın.müellifi : Rahim Telman Sadigbayl

Mən də bu kitaba redaktorluq etmiş və məmnuniyyətlə ÖNSÖZ yazmışam.
Buradan da fikirlərimi paylaşmaq istərdim.
Kitaba ilkin olaraq “Dərnək” adı verilmişdi. Rahim Sadıqbəylinin bu əsəri müasir
dövr Azərbaycan cəmiyyəti üçün nisbətən yeni amma çox xarakterik fenomen
olan Qərbi Avropa ölkələrinə MÜHACİRAT haqqında bir romandır. Kriminal
roman janrında nəql etdiyi bu əsəri müəllif əslində İsveçdə, eləcə də digər
Avropa ölkələrində müşahidə etmiş olduğu həyat hekayələri üzərində
qurmuşdur.
Əsər reallığı əks etdirir. Əsərin süjeti İsveçin hüquq-mühafizə orqanlarının
Azərbaycandakı həmkarları ilə bərabər beynəlxalq narkotik maddə şəbəkəsini
çökdürməsindən ibarət olduğu halda, yazar bu əsərdə fərqli məzhəblərə,
dinlərə və millətlərə tolerantlığı ilə məşhur, dünyanın ən demokratik və inkişaf
etmiş ölkələrindən olan İsveç Krallığında məskunlaşmış azərbaycanlıların
portretini yaratmaqla və onların bu ölkədə sürdüyü yaşam tərzini təsvir etməklə
əslində bu ölkənin timsalında yurddaşlarımızın hər hansı bir xarici ölkədə
uyğunlaşma qabiliyyətindən, dünya vətəndaşı ola bilmək hazırlığından,
inteqrasiya qabiliyyətindən, Azərbaycanın imijinə necə təsir edə biləcəklərindən
bəhs etmək istəmişdir.
Zənnimcə bu əsər bu gün Azərbaycan mediyasında ən çox sözü keçən, tarixi
və siyasi gerçəkliklərimizi dünya ictimaiyyətinə çatdırmaqda böyük rolu olan,
həm dövlətimizin həm toplumun ümid yeri olan DİASPORAMIZI işıqlandıran ilk,
yeganə, canlı, hərtərəfli və təbii əsərdir. Azərbaycanın dövlət siyasətində irəli
sürülən və cəmiyyətimizdə ən çox müzakirə edilən Avropaya inteqrasiya
aspekti də müəllifin İsveç və Azərbaycan mühitlərinin fonunda özünün həm
mənfi həm də müsbət ünsürlərilə müstəviyə çıxmış olur və bununla da oxucunu
düşündürür. Bu perspektivdən də əsər çox qiymətli töhvədir.
Əsər kinofilm üçün senari olaraq nəzərdə tutulduğu üçün çeşidli və çox tipik
prototiplərin dialoqları və informativ bilgilərlə zəngindir. Burada oxucu həm
İsveçdə yaşayan azərbaycanlıların və digər xarici kökənli fərdlərin və ailələrin,
həm də etnik isveçlilərin yaşam və fəaliyyəti, onların iş etikası və digər
xususiyyətlərilə yaxından tanış olur. Oxucu, məsələn, İsveçin ən diqqətəlayiq
qədim yerlərindən birinə, Tanum bölgəsinə rast gəlir. Bu yerdə 6000-ə yaxın
fiqur və 10000 çanaq çuxuru tapılmışdır. Tanum bölgəsi petroqlif sahəsinə, o
cümlədən Tanumşede ətrafındakı Tunc dövrünə aid petroqliflərə və Roma
Dəmir Dövrünə aid bir məzarlığa malik ərazidir. Ərazidə bütün Dünya İrs ərazisi
üçün məlumat mərkəzi olan Vitlik Muzeyi yerləşir.
Müəllifin özü də İsveçdə yaşayan və fəal diaspora fəaliyyəti aparan, İsveçdə
kifayət qədər inteqrə olmuş bir şəxs kimi yaxşı dərk edir ki, ölkəmizdə
insanlarımızın hər şeydən çox gerçəkləri duymağa, maariflənməyə,
təcrübələnməyə, özünə kənardan baxmağa bacarmağa ehtiyacı var.
Faktlar və hadisələrlə zəngin olan “Dərnək” və ya “Stokholm Şəbəkəsi”
kinoromanı bir çox mətləblərə toxunur, oxucunu cəlb edir və qloballaşan
dünyanın bir çox üzünü nümayiş etdirməklə oxucunu bilgiləndirir və düşünməyə
məcbur edir.
Onu da qeyd etmək lazımdır ki, bu kinoroman xarici dillərə tərcümə olunmaqla
öz dramaturgiyasılə dünya ekranlarında uğur qazanmağa potensialı olan
əsərdir. Bu əsərin nümayiş olunması ilə dünya ictimaiyyəti həmçinin
Azərbaycanın coğrafiyası, tarixi və mədəniyyətilə yaxından tanış olmuş olar.
Səadət Kərimi

Şərhlər bağlıdır.