ƏZIZAĞA MÜRSƏLOV dünyasını dəyişdi.

AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ BÜTÜN ÜZVLƏRINƏ,
GÜNEY AZƏRBAYCAN MILLI HƏRƏKATININ FƏALLARINA, XALQIMIZA
                                                                              BAŞSAĞLIĞI
Bu gün, 2025-ci il, oktyabr ayının 11-də, ADF-nin mübariz əskəri, ADF MK-nın üzvü, Azərbaycan
Ruznaməsinin üzun müddət texniki heyyətinə rəhbərlik etmiş, əziz silahdaşımız, dostumuz
ƏZIZAĞA MÜRSƏLOV
dünyasını dəyişdi.
Əzizağa Həsənxan Mürsəlov bir fədai oğlu idi. Doğulduğu gündən Azərbaycanın fədai hərəkatının
xatirələri ilə böyüdü və böyüyərək özü də fədai oldu. 1980-cı ildə Güney Azərbaycan milli
hərəkatının gənclər qolunu təmsil edərək Kubada keçirilən beynəlxalq gənclər festivalında bizi
ləyaqətlə təmsil etdi.
Azərbaycan Demokrat Firqəsinin mübariz əskəri, ADF Mərkəzi Komitəsinin üzvü olaraq
Azərbaycanın milli azadlıq hərəkatının fədakar iştirakçısı kimi o, bizim xatirələrimizdə həmişə
yaşayacaq. 1979-cu ilin fevral inqilabından sonra Güneyə qayıdaraq ADF-nin mühüm texniki kadrı
olaraq fəaliyyətə hazır olmuş, vətənini sevən və ideyaları ugrunda hər cür fədakarlıga hazır olan
Əzizağa Mürsəlov Azərbaycan Ruznaməsinin mühacirət fəaliyyətində əhəmiyyətli rol oynamış bir
dostumuz, qardaşımız, silahdaşımız idi.
ADF özünün “əsil” üzvlərini itirdikcə, inanırıq ki, onun yerini minlərlə güneyli qəhrəman gənclərimiz
tutacaq və onun yolunu davam edəcək. Əzizağa Mürsələvun şərəfli həyatı, mübarizəsi bütün
gənclərimiz üçün ötnək olacaq.

ADF MK-nın
Siyasi Heyyəti

Şərhlər bağlıdır.