Səhiyyə Nazirliyinin Tibb Bacılığı üzrə müavini Abbas Ebadi bazar ertəsi
axşamı televiziya müsahibəsində bildirib: “2024-cü ildə təxminən 2500 tibb
bacısını itirdik. Onlardan 570 nəfəri miqrasiya edib, 1950 nəfəri isə ya istefa
verib, ya da xəbərdarlıq etmədən işini tərk edib.”
O əlavə edib: “Tibb bacılarının miqrasiyası və işdən ayrılması ilə yanaşı, ötən il
1900 tibb bacısı da təqaüdə çıxıb.”
Ebadi deyib: “Miqrasiya hadisəsi zamanla ölkəyə böyük maliyyə yükü gətirir.”
Onun sözlərinə görə, ötən il 570 tibb bacısı iş vizası ilə ölkəni tərk edib və bu
sayda insan resursunun hazırlanması üçün təxminən 4 trilyon tümən sərmayə
qoyulub.
Nazir müavini əlavə edib ki, vergi məsələsi də diqqət yetirilməli
məsələlərdəndir. Onun sözlərinə görə, tibb bacıları pilləli vergi sistemindən
azad olunmaq və maksimum 10 faiz vergi tətbiq edilməsini tələb edirlər.
Ebadi, həmçinin, insan resurslarının standartlaşdırılmasının tibb bacılarının
digər əsas tələblərindən biri olduğunu bildirib və vurğulayıb: “Beşillik proqram
çərçivəsində hər il 15 min tibb bacısının işə götürülməsi nəzərdə tutulmalı və
icra olunmalıdır.”
O əlavə edib: “Təkliflərdən biri də budur ki, Mədəniyyət Universiteti modelinə
bənzər şəkildə, tibb bacılığı tələbələri təhsilin ilk günündən ehtiyac olan bölgələr
üçün təqaüdlə təmin olunsun.”
İranwire.com
Şərhlər bağlıdır.