ABŞ prezidentini, SSRİ və Britaniya rəhbərlərini ölümdən xilas edən kəşfiyyatçılardan biri…

Kəşfiyyatçı Məmmədhüseyn Əsədov

Əsas iş istiqaməti alman kəşfiyyatına qarşı əməliyyatların  təşkilindən ibarət olub. Uzun müddət kəşfiyyat orqanlarında
çalışmış Məmmədhüseyn Əsədovun əvəzsiz xidmətlərdən  biri də “Tehran 43” əməliyyatının iştirakçısı olmasıdır. 1943
cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Konfransa hazırlıq tam məxfi
şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi. Noyabrın 24-də Baş
komandanlığın üzvü, Baş qərargah rəisi SSRİ marşalı Aleksandr Vasilyevski gecə Astaraya gəlir və onu
Məmmədhüseyn Əsədov qarşılayır. Marşalın gəlməsində əsas məqsəd liderlərin görüşü vaxtı qoşun hissələrini
təlimatlandırmaq və bir daha Stalinin göstərişi ilə təhlükəsizlik məsələlərini yoxlamaq idi. Noyabrın 26-da Stalin Tehrana
gəlir və noyabrın 28-də konfrans baş tutur. Həmin vaxt Almaniya kəşfiyyatının dövlət başçılarına qarşı edəcəkləri sui
qəsd və t*error aktı haqqında eyni zamanda Məmmədhüseyn Əsədova məlumat verilir və o da öz növbəsində, təcili olaraq məlumatı rəhbərliyə məruzə edir. Vaxtında verilmiş məlumat nəticəsində planlaşdırılmış sui-qəsdin qarşısı peşəkarcasına  alınır. İlk dəfə sui-qəsdlə bağlı geniş ictimaiyyətə mətbuat konfransı vaxtı 17 dekabr 1943-cü ildə ABŞ Prezidenti F.Ruzvelt məlumat verir. Sui-qəsd cəhdinin qarşısının alınmasında müstəsna rolu olmuş Məmmədhüseyn Əsədov  mükafatlarla təltif edilir.
Anar Tağıyev

Şərhlər bağlıdır.