Pisi deyəndə, yaxşıları da yada sal

Ruslan Bəşirli

Neft və qızıl yataqları zəngini Venesuelanın yoxsulluq, korrupsiya və rüşvət
içində yaşaması doğrudur.
Maduronun diktator olması haqqında deyilənlər şişirdilmiş rəydir, o avtoritar bir
lider idi. Parlamentində müxalifətin çoxluq təşkil etdiyi, Ali Məhkəməsinin bəzən
hökumət əleyhinə qərarlar verdiyi, müxalif medianın olduğu Venesuelada
diktatura qurmaq mümkün olmamışdı.
Maduronun oğurlanmasının demokratiyanın “D” həri ilə belə əlaqəsi yoxdur.
ABŞ Latın Amerikasını “arxa bağçası” hesab edir, necə ki, Rusiya Ukrayna
haqqında eyni şeyi düşünür. İndiki mərhələdə Amerikan imperializminin
Venesueladakı əsas məqsədi zəngin Nadir Torpaq Elementlərini ələ keçirmək
və Çinin bölgədə artan nüfuzunu önləməkdir.
Sosial medianın Azərbaycan seqmentində Maduronun oğurlanmasının Putinə
“dərs” olacağı haqda deyilənlər isə gülünc və xam xəyalın ürünüdür. Hazırda
Qərb analitikləri coğrafiya və sosialogiya fərqləri ilə Trampizimlə Putinizmin
əslində eyni mahiyyətdə olduğunu bildirirlər. Maduronun oğurlanması faktı rus
imperializminin yeni addımları üçün də təhlükəli təcrübə yarada bilər.
Qısası, Trampın bir ölkənin prezidentini oğurlatması beynəlxalq hüquqa zidd
eşkiyalıqdır. Maduronun devirmək və ya hakimiyyətdə saxlamaq Venesuela
xalqının verəcəyi qərar idi.
Ruslan Bəşirli

Şərhlər bağlıdır.