İranın Təbrizdən yayımlanan BƏDNAM “Anaj” saytı ölkədə radikal mühafizəkar və düşmən obrazları yaratmaqla öz hakimiyyəti və varlığına haqq qazandıran qüvvələrin sifarişini yerinə yetirərək İran-Azərbaycan münasibətlərinin pisləşməsi üçün var gücü ilə qan-tər tökür.
Saytı idarə edənlər və Şimali Azərbaycan mövzusunda bir sıra yazıları yazanlar alçaqlıq və şərəfsizlikdə heç bir hədd tanımırlar. Onlar Şimali Azərbaycanda tək-tük radikal islamçıları və İran rejiminin nökərlərini müdafiə etmək adı ilə Azərbaycan rəsmilərini təhqir etmək və Azərbaycan dövlətinə ultimatum verməkdən belə çəkinmirlər. Onlar Şimaldakı fars dilini bilən vətəndaşları İran rejiminin savadsız və tərbiyəsiz Rəhbərini, əli iranlı gənclərin qanına bulaşmış yeni prezidentini və onun ətrafına toplaşmış korrupsioner dəstəsini təhqir etməyə təhrik edirlər.
Saytın rəhbərliyi və bəzi yazarları əgər azərbaycanlıdırlarsa, vay belə azərbaycanlı olmağın halına. Bunlar 100 ildir mənəvi köləlik vəziyyətində yaşamağa məcbur edilən, öz xalqının ən bəsit hüquqlarını dilə gətirmək və müdafiəsi üçün TƏK BİR SÖZ demək əvəzinə, azad insanları orta əsrlər xurafatına aparan yola çəkməklə məşğuldurlar. Bunların nə ləyaqəıti, nə qüruru, nə şərəfi, nə də adi adamlığı yoxdur. Bunlar azad insanları təhqir edən, öz ağasını tərifləməkdən həzz alan kölələrdən başqa, bir şey deyillər.Yox əgər onlar qeyri-azərbaycanlılardırsa, onda burada qeyri-adi bir şey yoxdur. Çünki onlar özlərinin içiboş, dırnaqarası mədəniyyətlərinin nümayəndəsi oduqlarını, intriqalar qurmaqda, düşmənçilik səpməkdə məşhur olduqlarını nümayiş etdirirlər.
Vidadi Mustafayev
Şərhlər bağlıdır.