Əfqanıstanda böyük türk şairi Ustad Məhəmmədhüseyn Şəhriyarın şah əsəri olan
“Heydər Babaya Salam” poeması nəşr olunub
Gunaz.tv
Heratda yaşayan çox sayda yazıçı, müəllim və tələbə Heratdakı açılış mərasiminə qatılıb və proqram kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Tədbirdə “TİKA-nın Heratdakı ofisinin rəhbəri “Əli Ərğun Çinar” “Heydər Babaya Salam” ı Türk dili və mədəniyyətinin misilsiz bir şah əsəri adlandıraraq türk millətinin və digər mədəniyyətlərin dili və mədəniyyətinə yeni bir nəfəs verən Usta Şəhriyar haqqında danışıb. O, professor Kərim Məşrutəçi “Sönməz”ə bu əsəri tərcümə edib izah yazdığı üçün təşəkkür edib.
Sonra Türk dili tədqiqatçısı Qulam Heydərdust “Mərvi”, “Heydər Babaya Salam” qalıcı əsərini elementlər və temalar baxımından analiz edərək, milli və beynəlxalq bir əsər olduğunun səbəbini izah edib.
Tədbirin davamında Ustad Şəhriyarın şeirləri oxunub və Herat şəhərinin aşıqları türk dilində mahnılar səsləndiriblər. Tədbirin sonunda tərcüməçinin tədbir iştirakçılarına ünvanladığı mesajı oxunub.
Qeyd etmək lazımdır ki, Şəhriyarın “Heydər Babaya Salam” əsəri Azərbaycan, Türkiyə və İrandan başqa 90-dan çox dilə tərcümə edilib və ona çox sayda oxşatmalar yazılıbdır.
Şərhlər bağlıdır.