İranda “Əxlaq” polisi tərəfindən hicaba görə vəhşicəsinə döyüldükdən sonra komaya salınaraq qətlə yetirilən 22 yaşlı Məhsa Əmininin adı ilə bağlı həştəq Twitter tarixinin rekordunu qıra bilib və 70 milyondan çox Twitter istifadəçisi tərəfindən istifadə edilib.
Azerbaycan-ruznamesi.org “Vagtesobh” saytına əsaslanaraq yazır ki, #mahsaamini həştəqi 70 milyondan çox istifadəçi tərəfindən yqzılıb və gələn il də öz mövqeyini qoruyacağı gözlənilir. Çünki, bu rekord İranda tvitterə girişin bloklandığı bir vaxtda qırılıb və ictimai baxımdan çox böyük əhəmiyyətə malikdir.
Şərhlər bağlıdır.