MİLLİ KİTABXANADA HİCABDAN YAYINAN FƏAL OXUCULARA QARŞI “MÜBARİZƏNİN” DAHA BİR YOLU  

İran Milli Kitabxanasında hicabdan məcburi istifadə etməyən fəal oucuları buradan uzaqlaşdırmağın “orijinal” üsuluu tapblar. Milli Kitabxana və Sənədlər Təşkilatı onların bir qrupuna sms göndərərərək “Üzvlük siyasətini 10-cu maddəsinin 7-ci bəndini əsas götürərəl üzvlüklərinin dayandırıldığını” bildiriblər.

Müdriyyət bu mesajlarda tədbirin məcburi hicaba və ya oxşar səbəbə görə göstərmir. Bənddə istinad edilən “Üzvlük məcəlləsinin 7-ci bəndində” müəmmalı “İslam geyiminə tam riaəyət edilməsi və dini, mədəni və itimi işlərin “mühafizəsi” kimi fikirlər yer alıb ki, əslində söhbətin arxasında hansı məqamların dayandığı bəllidir.

Məhz bun görə də qadınlar öz qanuni haqlarının bərpa olunması uğrunda mübarizəyə qalxıblar. Üzvlükləri dayandırılan qadınlar İran İslam Respublikasının “dəyənək və güllə siyasətindən” sonra onlara qarşı davranışı heç də həzm etmək niyyətində deyillər.

Bəyanatın müəllifləri İran Milli Kitabxanasının bir sıra qadın üzvlərinin mesajlar vasitəsilə üzvlüyünün dayandırılmasını İranın idarəçilik strukturunda “gender aparteidini” yaymaq üçün “dövlət qurumlarının praktiki və sistemli addımı” kimi qiymətləndiriblər.

Onlar: “İndi məntiqlə mədəniyyət qurumu olmalı olan Milli Kitabxana Təşkilatının avanqardıdır və alimlik və repressiyaya məruz qalan tədqiqatçıların və tələbələrin aradan qaldırılması bayrağını daşımaqdadır.

Bu bəyanatın başqa hissəsində Milli Kitabxananın mühafizə tədbirləri tənqid edilib və bildirilib ki, bu qurum “Məcburi hicaba riayət etməkdən imtina edən bütün qadın üzvlərə mesaj göndərmək əvəzinə etirazların həcmini azaltmaq üçün vaxtaşırı on nəfərlik qruplara üzvlüyün dayandırılması ilə bağlı sms göndərilməsi qərara alınıb”,-yazıblar.

Bu bəyanatın müəlliflərinin fikrincə, indiyədək “məcburi hicaba qarşı çıxan qadınların sıxışdırılması və aradan qaldırılması işi hərbçilərin və təhlükəsizlik qüvvələrinin əlində cəmləşirdi”, indi isə “Milli Kitabxana Təşkilatı qadınları ixrac etməyə” başlayıb.

Qərarı tənqid edənlərin fikrincə, Milli Kitabxana İslam Respublikasının səs-küylü hərəkətləri əvəzinə qadınlara qarşı “yumuşaq uzaqlaşdırma strategiyasından” istifadə etmək qərarına gəliblər. Fəallar “qadınların ən elementar dövlət xidmətlərindən istifadə imkanını məhdudlaşdıran primitiv hərəkəti” pislədiklərini vurğulayıblar.

Bəyanatı imzalayanlar sonda yazıblar: “Vətəndaşlara xidmət etməli olan dövlət qurumlarının ərbablar cübbəsini geyməsinə və bizi aradan qaldırmasına icazə verməyəcəyik”.

Şərhlər bağlıdır.