ƏFQANLAR NİYƏ METROYA BURAXILMIR

İranda əfqan qaçqınları addımbaşı ayrıseçkiliklə qarşılaşır. Onların Tehranda metrodan istifadəsinə də icazə verilmir.

Əfqanıstanlı qaçqınlar narazılıqla bildirirlər ki, bir çoxunun İranda dünyaya gəlməsinə baxmayaraq onlar adi xidmətlərdən məhrumdurlar və hətta metro kartı belə ala bilmirlər.

Gediş biletləri və kartları elektron formada satıldığı və əfqanistanlıların bank hesabı açmaları qadağan olunduğu üçün onlar başqalarının kartından istifadə etməli olurlar.

Əfqanistanlı qaçqınlar İranda davamlı olaraq təzyiq və ayrı-seçkiliklərə məruz qalrlar.

Bir müddət öncə Tehranın “Bamlənd” əyləncə və istirahət mərkzində əfqanistanlıları qəzəbləndirən baner asılıb. Lövhədə “Bamland  kompleksinin mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, İran vətəndaşlarının rahatlığı üçün əfqanların bu kompleksə girişi qadağandır” yazılıb.

Əlavə edək ki xüsusilə son vaxtlar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub.

İki həftə əvvəl İran-Əfqanistan sərhəddində 11 yeniyetmə əfqanistanlı öldürülüb, ötən 11 ay ərzində isə İranda öldürülən 470 əfqanıstanlının meyiti vətənlərinə göndərilib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.