Güney Azərbaycanın Ərdəbil, Nir, Nəmin və Səreyn şəhərlərinin İran
parlamentindəki təmsilçisi Əli Nikzad bildirib ki, 14-cü hökumətin dəstəyi ilə
Ərdəbil dəmiryol xəttinin Parsabad və Azərbaycanla birləşdirilməsi üçün zəmin
hazırlamaq məqsədəuyğundur.
Bu barədə Azerbaycan-ruznamesi.org “Azad İran” Teleqram kanalına
istinadən məlumat yayıb.
Millət vəkilinin sözlərinə görə, Astara dəmiryol xəttinin Azərbaycanla
birləşdirilməsi mümkün deyil, çünki bölgə ərazisi bataqlıqdır, ancaq Ərdəbil
Parsabad dəmir yolundan və Azərbaycanla birləşdirilməsindən optimal şəkildə
istifadə etmək olar və bu, Cənub-Şimal dəhlizinin canlanmasına töhfə verə bilər.
Əli Nikzad qeyd edib ki, Ərdəbil dəmiryol xəttinin tamamlanması üçün İran
Prezidenti Məsud Pezeşkianla da danışıqlar aparılıb.
Şərhlər bağlıdır.