Ötən gün Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin 6 min nəfərlik
“Durnalar yuvası” (Qədir) idman kompleksində Urmunun Şhrdari voleybol
komandası ilə İsfahanın “Gitipəsənd” komandasının qarşılaşması olub.
Bu barədə yerli media məlumat yayıb.
Qarşılaşmanı izləmək üçün idman kompleksinə gələn Qərbi Azərbaycan
əyalətinin yeni təyin olunmuş təbrizli valisi Rza Rəhmani azərbaycanlı
tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.
Onlar türkcə şüarla sləndirərək keçmiş millət vəkili Nadir Qazipurla yarışa
tamaşaya gələn valiyə xoşgəldin deyib, əyalətə qeyri-azərbaycanlı valinin
təyinatı planının baş tutmadığına görə məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, İran Premyer Liqasının 18-ci həftəsinin oyunları çərçivəsində
keçirilən qarşılaşma Şəhrdari komandasının 3-1 hesablı qələbəsi ilə başa çatıb.
Bununlada Azərbaycan komandası 14 oyundan əldə etdiyi 41 xalla turnir
cədvəlinin birinci pilləsində liderliyini qoruyub saxlayıb.
Voleybol üzrə Premyer Liqanın 19-cu həftəsinin qarşıdakı oyunu yanvarın 15
də keçiriləcək və Urmu komandası Mazandaran əyalətinin Qorqan şəhərində
bu şəhərin “Pas” komandası ilə qarşılaşacaq.
Aznews.tv
Şərhlər bağlıdır.