Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türksoylu əcnəbilərin hüquqi
statusuna dair mühüm sərəncam imzalayıb.
Yeni sərəncama əsasən, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan vətəndaşları artıq Türkiyədə öz peşə və sənətlərini sərbəst şəkildə
icra edə biləcəklər.
Beləliklə, türksoylular həm dövlət, həm də özəl müəssisələrdə daha rahat
şəkildə işləyə biləcəklər.
Qərar 2527 saylı Qanun çərçivəsində qəbul olunub və iş icazəsi
prosedurlarında ciddi sadələşmə yaradır.
Yeni qaydalara əsasən, türksoylular Türkiyədə “əcnəbi” hesab edilməyəcək, bu
da onların sosial və iqtisadi həyatda yerli vətəndaşlarla eyni şərtlərdə fəaliyyət
göstərməsinə imkan verəcək.
Ekspertlər bu qərarın Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında
əməkdaşlığın dərinləşməsinə və əmək bazarının inteqrasiyasına mühüm töhfə
verəcəyini bildirirlər.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.