İranın Cümhuri-İslami qəzeti oktyabrın 12-də dərc olunan baş məqaləsində
Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasına istinad edərək, 7
oktyabrda İsrailə edilən hücumu “səhv” adlandırıb. Məqalədə yazılıb: “Biz bu
əməliyyatın xəbəri yayılan ilk andan etibarən bunun yanlış olduğunu
düşünürdük və indi, onun həyata keçirilməsindən iki ildən çox keçdikdən sonra,
bu fikrimiz daha da möhkəmlənib.”
“Qəzza müharibəsinin dayandırılması və son qalib kimdir?” başlıqlı baş
məqalədə qeyd olunur ki, “Tufanül-Əqsa” əməliyyatı ilə başlayan Qəzza
müharibəsi yalnız Həmas üçün deyil, həm də bölgə ölkələri o cümlədən Livan,
Suriya, Yəmən və İran üçün də zərərli olub.
Qəzet yazır ki, Qəzzanın 80 faizinin dağıdılması, on minlərlə mülki şəxsin
ölməsi və infrastrukturun məhv edilməsi “böyük bir itki”dir. Məqaləyə görə, bu
müharibə Suriyanın İsrail əleyhinə cəbhədən uzaqlaşmasına və İsrail ilə ABŞ
ın Livandakı təsirinin artmasına səbəb olub.
Yazının başqa bir hissəsində Cümhuri-İslami qəzeti Həmas ilə İsrail arasında
əldə olunan əsir mübadiləsi və atəşkəs razılaşmasına toxunaraq yazır: “Sionist
rejim Qəzzada iki illik soyqırıma baxmayaraq, məqsədlərinə çata bilmədi, lakin
indi bu razılaşma ilə həm Həmas-ı məhv etməyə, həm də israilli əsirləri azad
etməyə çalışır.”
Məqalənin sonunda müəllif İsrailin bu razılaşmadakı öhdəliklərinə sadiq
qalacağına dair şübhələrini ifadə edib və vurğulayıb ki, bu müharibənin qalibini
hələ müəyyən etmək mümkün deyil və bunun üçün qarşıdakı həftə və ayların
hadisələrini gözləmək lazımdır.
İranwire.com
Şərhlər bağlıdır.