Hərbi forma, dini dərslər: İranda yeni tələbə modası

İranın ideoloji paytaxtı Qumda dini təhsil alan tələbələr indi sadəcə ilahi biliklərlə
deyil, həm də hərbi forma ilə diqqət çəkirlər. Son mərasimlərdə – Hizbullah
liderləri Həsən Nəsrullah və Haşim Safiəddinin ölümünün ildönümü ilə bağlı
keçirilən mərasimlərdə tələbələrin üzərində hərbi geyimlərin olması maraq
doğurur.
Qumda onların xatirəsini anmaq üçün təşkil olunan bu mərasimlərdə gənc
tələbələrin hərbi formada olması təhsil müəssisəsinin artıq sırf dini mərkəz
olmaqdan çox, ideoloji və hərbi “akademiya”ya çevrildiyinin işarəsi kimi
görünür. Görünür, dərs kitabları ilə yanaşı, hərbi tərbiyə də ön plana çıxır.
Bu “hərbi dəbilqələr” altında təhsil alan gənclər cihad, fədakarlıq və müqavimət
ideallarını təbliğ etsələr də, bu görüntü bir çoxları üçün din və siyasətin
sərhədlərinin qarışdığı, gənclərin ruhani təhsildən daha çox hərbi
formalaşmaya məruz qaldığı fikrini yaradır.
Azad İran

Şərhlər bağlıdır.