ABŞ-DA KÜRD TERRORÇULARI İLƏ ƏMƏKDAŞLIQ RƏSMİLƏŞDİRİLİR

YENİ MÜQAVİLƏ BUNDAN XƏBƏR VERİR

“Foreign Lobby” saytı bildirir ki, Türkiyəyə qarşı düşmən mövqedə duran PKK-nın Suriya qolu YPG Vaşinqtonda tarixdə ilk dəfə lobbi şirkəti ilə razılaşma əldə edib.

Məlumatda qeyd olunur ki, YPG/PKK “Jim Dornan Strategies” adlı şirkətlə aprelin 30-da razılaşma müqaviləsi bağlayıb.

Sənəddə iz azdırmaq üçün terrorçu təşkilatın adı “Kürd Müdafəsi Qüvvələri/YPG SDF” kimi yazılıb.

YPG/PKK-nın Vaşinqtonda “İŞİD terror təşkilatı ilə mübarizəsinə” dair lobbi fəaliyyətini Respublikaçılara yaxın şirkət həyata keçirəcək.

Anlaşmanın detallarının yer almadığı xəbərdə PYD-nin siyasi qolu olan Suriya Demokratik Şurası adlı qurumun da ötən ilin yazında Vaşinqtonda “AF İnternetional” adlı lobbi təşkilatı ilə anlaşma əldə etdiyi xatırladılıb.

Ortaya ciddi suallar çıxır: terrorçu qurumların Vaşinqtonda lobbi şirkətləri ilə razılaşması kimə qarşıdır?

Düzdür, anlaşma YPG-nin guya İŞİD terror təşkilatı ilə mübarizəsi çərçivəsində qiymətləndirilir. Ancaq sözsüz ki, söhbət Türkiyəyə qarşı fəaliyyət göstərən və ABŞ tərəfindən dəstəklənən terror təşkilatının Vaşinqtona ayaq açmasından gedir. Bu isə deməyə əsas verir ki, yaxın gələcəkdə daha bir problem ortaya çıxacaq. Aydındır ki, lobbi şirkətləri əsasən Konqresdə işləyir, senator və konqresmenləri öz tərəfinə çəkməklə məşğul olurlar. Konqresdə isə saxta erməni soyqrımını dətəkləyənlər qədər PKK/YPG-yə dəstək verənlər var.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.