Parla, Demokrat Firqəsi
Parla demokrat firqəsi, gül açsın Azəristan
Yaratsın milli qanunlar, yurdum olsun gülüstan.
Mən istərəm bu firqəmiz hər bir zaman ucalsın
Xainləri baxsın ona, həsrət çəksin, qocalsın
Qoymarıq biz bundan sora düşmən səndən bac alsın
Parla Demokrat Firqəsi, gül açsın Azəristan
Yaratsın milli qanunlar, yurdum olsun gülüstan.
Yaradırsan yeni dünya Milli Heyət adından
Azadə bir səs ucalır uşaq, böyük, qadından.
Bu intixabat çıxmayacaq hərgiz millət yadından
Parla Demokrat Firqəsi, gül açsın Azəristan,
Yaratsın milli qanunlar, yurdum olsun gülüstan.
Karxanələr, fabrikalar ölkəmizdə çox olsun
İşsiz adam tapılmasın, ac qalanlar tox olsun
İstibdadın əsarəti millət üstən yox olsun
Parla Demokrat Firqəsi, gül açsın Azəristan
Yaratsın milli qanunlar, yurdum olsun gülüstan.
Can-baş ilə yolunda mən can verməyə hazıram
Gecə-gündüz torpağında xain qəbri qazaram
Zamanənin əmri ilə yurdumda mən nazirəm
Parla Demokrat Firqəsi, gül açsın Azəristan
Yaratsın milli qanunlar, yurdum olsun gülüstan.
Sədi Yüzbəndi,
Təbriz.
Təqdim etdi: Səməd Bayramzadə,
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent
“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, No 77, 12 dekabr 1945-ci il (21 Azər günü)
Şərhlər bağlıdır.