İRANIN TÜRKİYƏDƏ KƏŞFİYYAT PLANI İFLASA UĞRADI

ALİMİNİN QİSASINI ALA BİLMƏDİ

Times Of Israelə istid edən informasiya orqanları Türkiyə kəşfiyyatı aerokosmik texnologiyalar sahəsində çalışan İsrail əsilli iş adamını öldürməyə hazırlaşan doqquz İran casusundan ibarət şəbəkəni ortaya çıxarıb.

Sözügedən qətl planı iranlı nüvə alimi Mahsen Fəxrizadənin öldürülməsinin qisası olaraq planlaşdırılıb. İranın nüvə proqramının rəhbəri sayılan alimin 2020-ci ilin noyabrında İsrail kəşfiyyatı “Mossad” tərəfindən öldürüldüyü iddia olunur.

İranlı casuslar iş adamı Yan Qelleri izləyərkən ifşa olublar. Sui-qəsd hazırlığı barədə Türkiyə kəşfiyyat orqanları həmçinin İsrail tərəfinə də məlumat veriblər.

Şəbəkəyə İran kəşfiyyatının zabiti Yasin Tahirimamkəndi adlı şəxsin rəhbərlik etdiyi bildirilib.

Faktla bağlı danışan alim özünü Türkiyə təhlükəsiz şəraitdə hiss etdiyini qeyd edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.