MƏDƏNİYYƏT BİRLİKLƏRİNİN KOORDİNASİYA ŞURASININ BƏYANATI

NİYƏ ETİRAZIMIZI DAVAM ETDİRİRİK?

İran Mədəniyyət Dərnəkləri Koordinasiya Şurasının kanalı

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, on ildir ki, müəllimlərin ixtisas dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə attestasiyalar həyata keçirilmir və bu gün ixtisas dərəcələri ilə bağlı ziddiyyətli xəbərlərlə o qədər üz-üzəyik ki, bir həftə ərzində bir məmurdan iki ziddiyyətli xəbər eşidilir və müəllimləri əvvəlkindən daha çox çaşdırır. Niyə hələ də meydan etirazlarını davam etdirirməkdə israrlıyıq?

Son bir il ərzindəki ixtisas dərəcələri barədə icmala diqqət yetirək.

Təhsil naziri Hacı Mirzai 2022-ci ilin aprel ayının 16-da elan etmişdi ki, müəllimlərin ixtisas dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə attestasiyanın həyata keçirilməsi üçün lazımi maliyyə vəsaiti cari ilin (2021/2022) büdcə qanununda nəzərdə tutulmuşdur. Bu qanun təsdiq edildiyi təqdirdə, müəllimlərin maaşları onların ixtisas dərəcələrinə müvafiq olaraq 2021-ci ilin mart ayının  21-dən hesablanacaqdır. Müəllimlər bu günə qədər onlarla dəfə indiki nazirdən ixtisas dərəcələrinin müəyyənləşəcəyi və tətbiq ediləcəyi barədə vədlər eşitmişlər.

Proqram və Büdcə Təşkilatının rəhbəri Nobəxt 27 iyul 2021-ci il tarixində bu iddialarla bağlı çıxışlarının birində belə demişdir: “Əgər müəllimlərin ixtisas dərəcələri barədə qanun layihəsi parlament tərəfindən təsdiqlənərsə, 1400-cü il (2021/2022) üçün ölkənin büdcəsindəki imkanlardan istifadə etməklə hökumətin təsdiq etdiyi ixtisas dərəcəsi büdcəsini təmin etmək mümkündür”.

O, iddia edirdi ki, parlament qanun layihəsini təsdiq etdiyi halda, onun maliyyələşdirilməsinə o özü cavabdeh olacaqdır. Amma bu iddiada demaqoqluğu asanlıqla görmək olar.

Biz eyni zamanda ona da etiraz etdik ki, Ruhani hökuməti niyə 8 ili boş yerə vaxtını sərf edib, yalnız hakimiyyətinin son günlərində ixtisas dərəcələrinin müəyyənləşdirilməsi fikrinə düşub?

Təhsil və Tədqiqat Komissiyasının katibi Məhəmməd Rza Əhmədi Nobəxtin bu hay-küylü çıxışından 4 gün sonar bildirib ki, Nobəxt 60.000 milyard tümənlik büdcə vədini yerinə yetirmək niyyətində deyil.

Mədəniyyət xadimlərinin problemini həll edəcəyinə söz verərək müəllimlərin diqqətini cəlb etməyə çalışan Rəisi də prezidentlik fəaliyyətinin əvvəlində özündən öncəkilərdən geri qalmadığını göstərmək üçün hökumətlə parlament arasında əməkdaşlıq yolunu seçdi.

2021-ci ilin sentyabr ayının 22-də Birgə Komissiyanın sözçüsü Rəhim Zare qanun layihəsinin həyata keçirilməsi üçün təxminən 60.000 milyard tümən maliyyə vəsaitinin lazım olduğunu bildirmişdi. İxtisas dərəcələrinin icrası haqıında qanun layihəsi elə ilin əvvəlindən – mart ayının 21-dən ləngiməyə başladı, sonrakı mərhələdə isə bu qanunun icrası üçün nəzərdə tutulmuş büdcə 60 min milyard tüməndən 30 min milyard tümənə qədər ( 2 dəfə) aşağı salındı.

Təhsil və Araşdırma Komissiyasının katibi Məhəmməd Rza Əhmədi müəllimlərin ixtisas dərəcələrinin tətbiqi üçün büdcənin razılaşdırıldığını və 15 min milyard tümənlik büdcənin (əslində ilk əvvəldə söhbət 60 min milyard tüməndən getmişdir – S.B.) 30.000 milyard tümənə çatdırıldığını, lakin onun icrasının 2021-ci ilin avqust ayınım 23-dən həyata keçiriləcəyini açıqladı.

Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının rəhbəri Manadi də layihənin ilin ikinci altı ayında mütləq həyata keçiriləcəyini və müəllimlərin maaşlarının 2021-ci ilin sentyabr ayından etibarən veriləcəyini açıqladı, bunun üçün hökumətin lazımi maliyyə vəsaitinin olduğunu da təsdiqlədi.

2021-ci ilin oktyabr ayının 31-də parlamentin Rəyasət Heyətinin üzvü, Təhsil, Tədqiqat və Texnologiya Komissiyası sədrinin sözçüsü Hüseyn Əli Hacı Dəliqani hökumətin ikinci altı ay üçün müəllimlərin ixtisas dərəcəsi üçün 25000 milyard tümən ayrılması ilə bağlı razılığını  və növbəti 45 gün ərzində bu məsələnin yekunlaşdırılacağını açıqladı. Bu, müəllimlərin ixtisas dərəcəsi üçün nəzərdə tutulmuş büdcənin azaldılmasında ikinci addım idi. Həmin tarixdən etibarən hökumət və parlament müəllimləri 2021-ci ilin mart ayının 21-dən bu qanun layihəsinin həyata keçirilməsinin mümkün olmayacağına inandırmaq üçün sözügedən layihəni ilin ikinci yarısında həyata keçirməyə razılaşdılar. Amma vəd edilmiş növbəti addımın da qarşısı yeni nazirin gəlişi və hökumətin planı ilə yenidən alındı.

Bacarıqsız təhsil naziri müəllimlərin tələblərini yerinə yetirmək əvəzinə ixtisas dərəcələri layihəsinin həyata keçirilməsini ən aşağı məbləğlə – 12,5 min milyard tümən büdcə ilə həyata keçirəcəyini bildirərək əslində müəllimlərin müvafiq tələblərini praktiki olaraq rədd etdi, müəllimləri təhdid və qorxutmaq yolu ilə  onun mövqeyini qəbul etmələrinə çalışdı. Lakin 2022-ci ilin yanvar-fevral ayında müəllimlərin etirazlarının genişlənməsi onları gələn ildə müəllimlərin ixtisas dərəcələri barədə qanun layihəsinin icrası üçün 40.000 milyard tümən ayırdıqları barədə yeni vəd verməyə məcbur etdi. Əslində onların bu iddiaları da əsassızdır və yalana söykənir.

Son bir ildə ixtisas dərəcəsi layihəsinin icrasının gedişinə və məmurların boş vədlərinə nəzər salsaq, görərik ki, hakimiyyət on ildən sonra da ixtisas dərəcəsi qanununu həyata keçirmək fikrində deyil və müəllimləri aldatmaqda davam edir. Artıq qeyd etdiyimiz kimi, biz meydan etirazlarını yalnız o zaman dayandıracağıq ki, bütün tələblər tam həyata keçirilsin. Təqaüd və ona bərabər qanunlar, eləcə də ixtisas dərəcəsinə uyğun dəyişikliklər həyata keçirilməsə, bu vədlərə aldanmayacağıq və etirazlarımız 2022-ci ilin fevral ayının 20-dən sonar da davam etdiriləcəkdir.

Qarşıdakı 1401-ci (2022/2023) ildə ixtisas dərəcələrinin tətbiqi üçün 60.000 milyard tümənlik büdcə ayrılmasa və bu barədə müvafiq fərman və sərəncamlar tətbiq edilməsə, etirazlarımız gələn ildə də (2022-ci ilin mart ayının 21-dən sonra da – S.B.) davam edəcəkdir.

14 fevral 2022.

Mətni təqdim etdi: Səməd Bayramzadə,

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.