RUSİYALI KOSMONAVTIN KAMERASININ OBYEKTİVİNDƏN URMU GÖLÜ

Göl qurumağa başlayandan onun dərinliyidə azalıb.

Rusiyalı kosmonavt Sergey Kud-Sverçkov özünün “instagram” hesabında Urmu gölünün durumunu əks etdirən son fotolarını paylaşıb.

Beynəlxalq Kosmik Stansiyasında olan Rusiya Kosmik Agentliyinin uçuş mühəndisi Sergey Kud-Sverçkov yazıb: “Planetdə yox olmaq üzrə olan və alimlərin diqqətini cəlb edən çox sayda duzlu su gölləri mövcuddur.

İranın şımal-qərbində yerləşən Urmiya gölüdə o sırada olan göllərdəndir. Bir neçə il öncəyə kimi bu gölün Orta Şərqin ən böyük duzlu gölü olmasına baxmayaraq, hal-hazırda onun həcmi əhəmiyyətli dərəcədə kişilib. Örənk üçün 1984-cü il ilə müqayisədə göl 70 faiz balacalaşıb.”

Rusiyalı kosmonavt gölün Qərbi və Şərqi Azərbaycan əyalətləri arasında yerləşdiyini qey edərək artırıb ki, göl qurumağa başlayandan onun dərinliyidə azalıb. “Bundan öncə gölün dərinliyi 16 metr idi. Ancaq son görüntülər onun dayazlaşdığını və dərinliyinin 3 metrə qədər azaldığını göstərir” deyə Sergey Kud-Sverçkov bildirib.

Səyyah

Şərhlər bağlıdır.