DƏHŞƏTLİ VƏHŞİLİK!

ERMƏNİLƏR 360 TÜRKÜ DİRİ-DİRİ YANDIRIBLAR

Özlərindən məzlum obrazı yaratmaq üçün dəridən-qabıqdan çıxan, hansısa uydurma soyqırımdan dəm vuran namərd qonşularımızın XX əsrin əvvəllərində Anadolunun şərqində müsəlman-türk əhaliyə qarşı törətdikləri amansızlıq da bu qəbildəndir. Bir-birinin ardınca aşkar edilən kütləvi məzarlıqlar həmin vəhşiliklərin isbatıdır.

Əksəriyyəti təsadüf nəticəsində üzə çıxan bu məzarlıqlardakı cəsədlərin türklərə məxsus olması testlərlə təsdiqlənib.

Bu günlərdə Türkiyənin “A Haber” telekanalı erməni cinayətləri ilə bağlı daha bir reportaj yayımlayıb. Kütləvi məzarlıqlar, yerli əhalinin ifadələri və arxiv materialları əsasında hazırlanmış reportajda Qarsdakı “Ulu” məscidində törədilən bəşəri cinayətdən bəhs edilir. Əsl soyqırımı olan həmin cinayətin təfərrüatı belədir: “1915-ci ildə bölgədə ağır cinayətlər törədən erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 yerli türkü məscidə dolduraraq diri-diri yandırıblar”.

Qeyd edək ki, ermənilər türkləri məscidə aldadaraq toplayıblar. Onlara barışıq əldə edilməsi üçün toplantı keçiriləcəyi deyilib. Lakin qonşularımızın namərd xisləti tezliklə ortaya çıxıb. Məscidə toplanan günahsız insanlar vəhşi şəkildə öldürülüb.

Xatırladaq ki, “Ulu” məscidi 17-ci əsrdə Osmanlı padşahı Sultan İbrahimin zamanında inşa edilib. Bu məscid erməni vandalizminin canlı izlərini günümüzədək daşıyır.

Onu da xatırlatmaq yerinə düşər ki, 1877-78-ci illərdəki Osmanlı – rus müharibəsindən sonra Qars rus işğalına məruz qalmışdı. Məlum faciə baş verərkən isə şəhər hələ də rusların işğalı altında idi…

E. ŞAHMURAD

Şərhlər bağlıdır.