İSVEÇDƏKİ SƏFİRLİKDƏ ÜMÜMMİLLİ LİDERİN 98-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB

MƏRASİMDƏ AZƏRBAYCAN DİASPORUNUN FƏALLARI İŞTİRAK EDİBLƏR

Azərbaycan Respublikasının Stokholm şəhərindəki səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə mərasim keçirilib. Tədbirdə diaspor təşkilatlarının nümayəndələri, o çümlədən Güney Azərbaycandan olan fəallar iştirak ediblər. Sevda Dadaşovanın (“SAF”), Abdulla Əmir Haşimi Cavanşirin (“Qarabağ”), Nadir Hollenbrandın (“Azərbaycan naminə”), Rahim Telman Sadiqbəyli (“SAMM Tv”) qatıldıqları həmin mərasimi səfirliyin müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə açıb. Çıxışlarda xalqımızın Ümummilli Liderinin həyat və fəaliyyəti barədə danışılıb.

Bildirilib ki, Heydər Əliyev Azərbycanda vətəndaş müharibəsinin alovunu söndürüb və dövlət müstəqilliyinin itirilməsinin qarşısını alıb, respublikanın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün misilsiz xidmətlər göstərib. Onun əziz xatirəsinin xalqımızın, eləcə də xaricdə yaşayan azərbaycanlıların qəlbində əbədi yaşayacağı vurğulanıb.

Nazim

 

Şərhlər bağlıdır.