İRANDA DAHA İKİ NAMİZƏD MÜBARİZƏDƏN ÇƏKİLDİ

İranda prezidentliyə namizədlərin əvvəl sayına baxanda hakimiyyətin əvəzinə adamı qayğı götürürdü ki, bu qədər adamın adı neçə vərəqə sığacaq. Bu mərhələ də sona yaxınlaşdıqca görürük ki, iqtidar yenə də keçmişin praktikasına sadiqdir. Yəni seçiciyə problem yaratmayacaq.

Dünən daha iki namizəd seçki kampaniyasında iştirakdan imtina edib.

Azerbaycan-ruznamesi.org “IRNA”ya istinadən xəbər verir ki, həmin şəxslər daxili işlər nazirinin sabiq müavini Əlirza Əfşar və Əhmədinejad administrasiyasının keçmiş naziri Məhəmməd Abbasidir. Hər iki şəxs seçkidən kənarlaşdıqlarını bildiriblər.

Mühafizəkar cinaha aid bu adamlar İbrahim Rəisi ilə görüşdən sonra onun lehinə seçkidə iştirakdan vaz keçiblər.

 

Şərhlər bağlıdır.