İBRAHİM RƏİSİNİN 13-CÜ İRAN PREZİDENTLİYİNƏ SEÇKİLƏRDƏ İŞTİRAKI BARƏDƏ

“Tribunezamaneh.com” saytının 20 may 2021-ci il tarixli buraxılışında İranda 13-cü prezident seçkilərində iştirak edən İbrahim Rəisinin əsil siması xarakterizə olunur. Eyni zamanda da orada seçki kampaniyasında onun təbliğat vasitələrindən istifadə üsulları barədə “İbrahimin hekayəsi: Qan izi – İman Rezayenin layihəsi” ünvanlı bir yazı da dərc olunub.

Həmin yazıda deyilir ki, ölüm dəstəsinin üzvü olan İbrahim Rəisi yenidən prezident olmağa çalışır.  Əli qanlı biri təmiz bir hökumət qurmaq istədiyini söyləyir. Yüksək məqam və vəzifə axtarışında olmadığını söyləyir, amma bir kütlə onu təmiz bir hökumət qurmaq üçün prezidentliyə namizəd olmağa məcbur etdi.  Ancaq onun əli qana bulanmışdır və öncədən repressiya və korrupsiyanın “məşəli” kimi tanınmışdır.

Sayt daha sonra qeyd edir ki, bəzi kiber məkan fəalları öz sosial şəbəkə hesablarında Mədəniyyət və Media Məhkəməsi başçısının onlarla əlaqə qurduğunu və məhkəmə sistemi başçısı və prezidentliyə namizəd İbrahim Rəisini mediada və şəbəkələrdə tənqid etməmələrini, sosial mediada onun haqqında yazı yazmalarını xahiş etdiklərini bildirir.

“Tribunezamaneh.com” eyni zamanda, SEPAH, təhlükəsizlik polisi və FATA polisinin sosial mediada fəaliyyət göstərən bir sıra media fəalları ilə oxşar əlaqələr qurduğunu və İbrahim Rəisini tənqid edən “yazi” dərc etməmələrini tələb etdiklərini, əks təqdirdə problem yaşayacaqlarını onlara bildirdiklərini barədə məlumat vermisdir.

Fədai oğlu 

Şərhlər bağlıdır.