Koronavirus milyonlara bəla, faciə, bəzilərinə isə milyardlar gətirir. İkincilərin sayı dünyada 9 nəfərdir. Onlar əczaçılıq şirkətlərinin koronavirus vaksinlərinin istehsalından əldə olunan gəlirləri sayəsində milyarder olublar.
Azerbaycan-ruznamesi.org bu barədə məlumatı “People’s Vaccine Alliance” qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış məruzəyə əsasən təqdim edir.
Məruzədə həmin milyaderlərin adları çəkilir. Siyahıya Amerikanın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel, Almaniyanın “BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi Uğur Şahin başçılıq edirlər. Onların sərvəti indi müvafiq olaraq 4,3 milyard və 4 milyard ABŞ dollarıdır.
Reytinq siyahısında həmçinin “Moderna” Direktorlar Şurasının sədri Nubar Afeyan da daxil olub. Onunla yanaşı, siyahıda Amerika sərmayədarları Timoti Sprinqer və Robert Lanqerin də adları var. Onlar 2010-cu ildə “Moderna” şirkətinin inkişafına 5 milyon və 1,5 milyon ABŞ dolları investisiya ayırıblar. İspaniyanın əczaçılıq şirkəti “Laboratorios Farmacéuticos Rovi”nin Direktorlar Şurasının başçısı Xuan Lopes-Belmonte də vaksin istehsalı sayəsində milyarder olanlardandır. Bundan başqa, pandemiya zamanı Çinin “Cansino” əczaçılıq şirkətinin üç həmtəsisçisi də milyarder olublar.
Şərhlər bağlıdır.