GÜCLÜ ZƏLZƏLƏDƏN EVLƏR DAĞILDI

İranın cənub-qərbindəki Buşehr vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Azerbaycan-ruznamesi.org Anadolu agentliyinə istinadən xəbər verir ki, zəlzələnin episentri Gunave rayonunda, yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələ nəticəsində tikililərdə fəsadlar əmələ gəlib. 4 yaralının olduğu bildirilir. Fəsadların artacağı istisna edilmir. Bölgəyə xilasedicilər cəlb edilib.

Xəbərçi

 

Şərhlər bağlıdır.