MƏDƏNIYYƏTIMIZIN İLKLƏRI

MƏDİNƏ GÜLGÜN – CƏNUBİ AZƏRBAYCANDA İLK QADIN MÜXBİR

Cənubi Azərbaycanda ilk qadın müxbir Azərbaycan şairəsi, əməkdar incəsənət xadimi 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. 1938-ci ildə ailəsi ilə birlikdə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə, daha sonra Təbriz şəhərinə köçən Mədinə Təbriz Dram Teatrında çalışıb, “Azərbaycan” qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1945-1946-cı illərdə Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatında fəal iştirak edib.

Həmin illərdə şeirləri Təbrizdə çıxan “Vətən yolunda” və “Azərbaycan” qəzetlərində dərc olunub. Şeirləri, həmçinin bir sıra xarici dillərə tərcümə edilib. Şairənin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları işıq üzü görüb.

Mədinə Gülgün 1992-ci il fevralın 17-də Bakıda vəfat edib.

VİDEO: https://www.facebook.com/groups/596455647171437/permalink/2154636341353352/

İfa: Sən gəlməz oldun
Söz: Mədinə Gülgün
Musiqi: Ələkbər Tağıyev
İfaçı: Kamilə Nəbiyeva

Şərhlər bağlıdır.