Azərbaycan Demokrat Firqəsinin həftə ərzində baş tutan tədbirləri ADF-nin Amerika komitəsinin Vaşinqtondakı etiraz aksiyası ilə başlayıb və yekun sənəd firqə adından ABŞ Departamentinə təqdim olunub.
Həftənin digər 6 günü konfranslarla yadda qalıb. Həmin möhtəşəm tədbirlər Azərbaycan Demokrat Firqəsinin tarixi olan yaşantılarından bəhs edib, geniş müzakirələr doğurub. Aşağıda ADF-nin hər gün baş tutan seminarlarının adlarını elan edirik:
- “Azərbaycan Milli Hökumətinin yaranma zəmini”;
 - “ADF-nin yaratdığı Milli Hökumət siyasəti”;
 - “ADF-nin Milli eğitim və ona qarşı genosid”;
 - “Rza şahın irqçiliyinin aradan qaldırılması”;
 - “ADF-nin su və torpaq islahatları”;
 - “ADF-nin yaratdığı ədəbiyyat və ona qarşı tətbiq olunan genosid”.
 
Əziz dostlar, sizlər konfransların gedişində fəal iştirak etdiniz. Clubhouse-də lent yazılarında səslənən verilişləri dinləməyinizi rica edirik!
Azərbaycan Demokrat Firqəsi
 
 
 
 
			
						
Şərhlər bağlıdır.