TƏBRİZİN SƏİDABAD KƏNDİNDƏ ETİRAZ AKSİYASİ

Təbrizdə kənd əhalisi ilə qanunsuz torpaq əldə edənlər arasında narazılıqlar baş alıb gedir. Bu dəfə Səidabad kəndinin əhalisi mədəniyyət evinin və peşə məktəbinin tikintisi üçün nəzərdə tutulan torpağın qanunsuz ələ keçirilməsinə qarşı etiraz ediblər.

Səidabadın icra nümayəndəsi Cavad Rəncbər mediaya verdiyi açıqlamada bunun qanunsuz olduğunu bildirib. O deyib ki, 25 il bundan öncə bölgədə gənclərin təlimi və peşə öyrənməsi üçün kompleks tikilməsi nəzərdə tutulurdu. Lakin ərazi məsul şəxslər tərəfindən qanunsuz olaraq mənimsənilib. Torpaq 3.5 milyard tümənə başqa şəxsə satılıb.

İcra nümayəndəsi bildirib ki, əhali boş dayanmır, bütün aidi qurumlara şikayətlər ünvanlayır. Bu səpkili məktublar valiliyə, imam cüməyə, Təhsil Baş İdarəsinə və başqa əlaqədar qurumlara göndərilib. Etiraz aksiyası da camaatın başqa çıxış yolu olmadığından irəli gəlib.

 Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.