Qədim oğuzlar bir-birilə salamlaşanda indiki ərəbmənşəli “salaməleyküm” (“sizə əmin-amanlıq” və ya “sizə asayiş”) ifadəsi əvəzinə “əsənmi siz?” (“sağlammısız?” və ya “salamatmısız?”) ifadəsindən istifadə edirdilər. Oğuzların epik aləmi ilə bağlı olan söyləmələrdə bu söz xüsusilə gözəl səslənir:
Qarşı yatan uca dağlar əsən olsa, el yaylar,
Qanlı-qanlı sular əsən olsa, axar-çağlar.
Qaytabanda qızıl dəvə əsən olsa, doğar-törər,
Qaracıq atlar əsən olsa, qulan verər.
Yaylaqdakı ağca qoyun əsən olsa, quzulayar,
Bəy ərənlər əsən olsa, oğlu doğar…
“Kitabi-Dədə Qorqud”
Kamil Allahyarov,
filologiya elmləri doktoru, professor
Şərhlər bağlıdır.