“ARAN” UŞAQLARI SAĞLAM GƏLƏCƏYİ İCTİMA BİRLİYİ BƏRDƏDƏ İLK TƏDBİRİNİ KEÇİRDİ

Layihə çərçivəsində “Qələbə şəhidləri” kitabının 4-ci cildi təqdim olundu

“ARAN” Uşaqları Sağlam Gələcəyi İctima Birliyi Azərbaycan Respublikasıının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bərdədə ilk tədbirini keçirib. Bərdə rayon Səməd Vurğun adına Mərkəzi Kitabxanada düzənlənən bu görüşdə əsasən  mülki və müharibə şəhidlərinin ailə üzvləri, doğmaları iştirak ediblər.

Tədbiri   “ARAN” Uşaqları Sağlam Gələcəyi İctima Birliyinin sədri İbrahim Hüseynov. Onun təklifi ilə İkinci Vətən müharibəsində şəhid olan həmvətənlərimizin və Bərdə hadisləri zamanı bonbardmana məruz qalmış yerli sakinlərin xatirələri  bir dəqiqəlik  sükutla yad edilib.

Sonra söz  Bərdə rayon icra hakimiyyətinin müharibə iştirakçıları və şəhiid ailələri ilə iş şöbəsinin müdiri Samir Səfərova verilib. O,bərdəlilərin düşmən üzərində qələbə qazanılmasına verdiyi tarixi tövhələrdən danışıb. Bunu onunla izah edib ki, bu inam  həmvətənlərimizin bütün azərbaycanlılar kimi Müzəffər Ordumuzun  Ali Baş Komandanı cənab Prezident İlham Əliyevə bir rəhbər kimi  inamından qaynaqlanıb. Döyüşçülər və zabitlər də bundan ilhamlanıb, qələbə manifestini yazıblar.

“Zərdabi” Mətbuat Mərkəzinin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadə məruzə etdi. O, artıq dörd cildi çapdan çıxmış “Qələbə şəhidləri”  ərsəyə gəlməsində göstərilən səylərdən danışdı. Mərkəz sədri bu işlərin görülməsində journalist təşkilatının ictimai dəstəyə böyük ehtiyac duyduğunu dilə gətirdi. Bildirdi ki, layihənin icraya başlaması ilə artıq belə dəstəyi yani surətdə duyuruq.

“Bərdə” qəzetinin baş redaktoru Salman İsmayılov rəhbəri olduğu mətbu orqanı hərbi vətənpərlik tərbiyyəsindən, döyüş ruhunun işıqlandırmasından.

Şəhid Mahir və Tahir Cəfərov qardaşlarının bacısı Nərgiz xanım müharibənin bu ailəyədə vurduğu mənəvi zərbədən danışıb. Gənc nəslin qardaşlarınında timsalında tərbiyə olunmasında xidmətlərindən söhbət açıb.

Kitabxana müdürü Almaz Zülfüqarova  rəhbəri olduğu bilik ocağında belə tədbirlərin keçirilməsinin əhəmiyyətini diqqətini çəkib.

Elşən Mustafayevin atası, mülki şəhid Məhərrəm Mustafayevin Qırmızı Aypara Cəmiyyətinin yerli təşkilatının sədri işləyərkən xidmətlərindən söhbət açdı. Arzu İsmayılovada həyat yoldaşı və oğlunun, Ağdamda doğulub boya-başa çatmış Bərdə terrorunun qurbanı olmasını xatırladı.

Mülki şəhid atası Tahir Kazımovun o müsibətli hadisələrdən ürək yandıran epizodları yada saldı.

Tədbir görüşü əks etdirən foto şəkillər vasitəsi ilə lenta alındı.

 

 

Şərhlər bağlıdır.