31 MART TÜRK-MÜSƏLMANLARIN SOYQIRIMI

Dünya tarixində 1918-ci ilə qədər “dövləti” olmayan haylar (ermənilər) çar Rusiyasının, regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respiblikasını yaratdılar. Böyük dövlətlər Osmanlı imperiyasına və Türkiyə Respublikasına qarşı “erməni kartı”ndan məharətlə istifadə ediblər. Bütün tarixi faktlar, mənbələr, sənədlər, tarixi dini-mənəvi abidələr sübut edir ki, Qarabağ Azərbaycan ərazisi olub. Ermənilərin Cənubi Qafqazda, o cümlədən də Qarabağ ərazisində məskunlaşdırılması Rusiyanın hazırladığı strateji plana uyğun olaraq XIX əsrin əvvəllərindən başlanıb. Hələ I Pyotrun dövründə ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında plan hazırlansa da, o vaxt bunu tam reallaşdırmaq mümkün olmamışdır. Bu planın reallaşdırılması üçün əlverişli şərait XIX əsrin əvvəllərində meydana gəlmişdi.

“Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsində ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlar, qətliamlar, terror aktları, soyqrımlar, soyğunçuluqlar, qarətlər və s. həyata keçiriblər.

Xüsusilə qeyd etmək lazımdır ki, ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanının ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olmuşdur.

1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilib, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qalıb.

Bakı soyqırımı

1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri F.X.Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı fəaliyyət göstərib. Əsas məqsədi erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılıb. FTK-nin sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyasının üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış binaların şəklinin çəkmişdir. Bakıda azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 15-20 min azərbaycanlı qətliam edilib.

Şamaxı soyqırımı

Şamaxıda törədilmiş soyqırımla bağlı FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materialları erməni silahlı dəstələri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib.

1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının Azərbaycan kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzə edib. 1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəzasının rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərinin siyahısı verilib. FTK materiallarına əsasən azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər.

Quba soyqırımı

Quba və ətraf yerlərdə Azərbaycan əhalisi üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının 1918-ci il dekabrın 12-də aprelin 12-də fəaliyyətə başlaması və 1920-ci il aprelin 20-də başa çatıb. Araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 1 qərar layihəsinin hazırlanması, 3 cilddən ibarət 451 vərəq tərtib olunub. FTK-nın üzvü A.Novatskinin “Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi” etmiş, FTK-nın şahid ifadələrində mayın 1-də Qubaya daxil olan Hamazaspın erməni silahlı dəstələrinin törətdikləri qətliamlar və özbaşınalıqlar haqda məlumatlar verilib.

Bundan başqa Quba hadisələrində bolşeviklər tərəfindən iştirakçı olmuş yəhudi Savi İlyansevin, 1918-ci il qırmızı qvardiyaçı olmuş Q.Nağıyevin, 1918-ci il bolşevik drujinaçısı olmuş Arustamovun xatirələri, Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatı, Qubanın nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucovun ifadəsində erməni vəhşilikləri haqda məlumatlar öz əksini tapıb. Şaumyanın tapşırığı ilə Qubaya birinci olaraq David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə, 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya daşnak Hamazaspın və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət dəstə göndərilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.

2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunmuş Quba soyqırımı məzarlığı 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Kütləvi məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Şərqi Anadolu soyqırımı

Ermənilər Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra rus qoşunlarının tərkibində Qafqaz cəbhəsində Türkiyəyə qarşı vuruşmuşlar. 1919-cu ilin yayında Ərzurumda 426 nəfər türk-müəslmanın ermənilər tərəfindən xüsusi işgəncələrlə – boğularaq, yandırılaraq, tikə-tikə doğranaraq qətl edilmişdir. 1919-cu ilin iyulunda keçmiş Kağızman mütəsərrifi Arslan bəy və İsmayılzadə Əhməd əfəndi ailələri ilə birlikdə Kağızmandan Qarsa gedərkən ermənilər tərəfindən faciəli şəkildə qətl edilmişdilər.

1914-1921-ci ilin əvvəllərinə kimi ermənilərin Qars və Ərdəhanda 30000 min əliyalın əhalini məhv etmişlər. 1919-cu ilin əvvəlində Qarsda 9 millət vəkilinin qətl etmişdilər. 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman əhali acınacaqlı soyqırıma məruz qalmışdır.

Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Qars vilayətində soyqırıma məruz qoyulan soydaşlarımızın fəlakətdən qurtulmaları istiqamətində işlər görmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağın general-qubernatoru olmuş doktor Xosrov bəy Sultanovun 8 aprel 1915-ci ildə “Kaspi” qəzetində Ərdahanda törədilən qırğınlar  haqqında dərc edilmiş yazısında, AXC dövründə Zəngəzurdan parlamentin üzvü olmuş və bolşevik işğalından sonra  Türkiyəyə mühacirət etmiş Məmməd Sadıq Aranın “Qardaş köməyi” (1951),  Qars vilayətində türklərə qarşı törədilən soyqırımı öz gözləri ilə görən Ömər Faiq Nemanzadə 1915-ci il yanvarın 21-də “İqbal” qəzetində “Bir loğma ətmək” adlı məqalələrdə  Şərqi Anadolu soyqırımı haqda məlumatlar verilmişdir. Həmin dövrün faciəsi haqqında “Türk kültürü” dərgisində (1972, N 126, s. 435) yazılır: “Anaları, ataları şəhid olmuş və ya gecə vaxtı qaçmış uşaqları da açıq qapılardan girən qurdlar yedi, sağ qalan (yetimlər) kazakların “at təsi”ni ayaqlayaraq içindən donmuş arpanı yemək surətiylə açlığını yox edirkən, mart ayında Bakı İslam Xeyriyyəsinin göndərdiyi universitəli gənc qazaxlı Mustafa Vəkilov və Camal Qarabağ xizəklərlə gəlib, Ərdahan köylərindəki bu faciəni görərək, yanıb-yaxıldılar. Cəmiyyətə raport verdilər. Canlarını zorla qurtaran ərdahanlılar Posxov ilə Şəvşata qaçmış, orada aclıq və yoxsulluqdan üzülmüşdülər.”.

O dövrün mənbələri göstərir ki, 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılmış və əhalisi soyqırıma məruz qalmışdır. Ümumiyyətlə, Qars vilayətində təkcə 1914- 1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyırım törətmələri.

1920-ci il martın 6-da tərtib olunmuş sənəd XV Nizami ordu komandanlığına göndərilmişdir. 1920-ci il 30 iyun tarixli sənədin şahid və nümayəndələrin imzası ilə ingilis nümayəndəsinə göndərilmiş sənəddə Qaraurqan, Ərzurum, Qars, Bəyazit, Sarıqamış, Naxçıvan və Araz ətrafında, 1920-ci ilin avqustunda isə Qars-Gümrü yolu üzərində olan Şabanlar və Avnil, Uluxanlı yaxınlığında  Çeçal kəndlərinə ermənilər tərəfindən törədilmiş soyqırım və vəhşiliklər.  haqda məlumatlar öz əksini tapmışdır.

Naxçıvan soyqırımı

XIX əsrin оrtalarında İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasını tədqiq etmiş A.V.Parvitski yazır ki, qəzada 55 azərbaycanlı kəndi, 7 erməni kəndi vardı. XIX əsr rus mənbələrində də Naxçıvan əhalisinin sayı və etnik tərkibi haqqında Qribоyedоvun 1828-ci il sentyabrın 23-də kоmandan Paskeviçə yazdığı məktubda, Qriqоryevin «Naxçıvan əyalətinin statistik təsviri» əsərində məlumatlar öz əksini tapmışdır.

1917-ci ilin dekаbr аyındаn bаşlаyаrаq 1920-ci ilin iyul аyınа kimi erməni hərbi hissələri tərəfindən bаşdа Аndrаnik Оzаnyаnın, Niğdenin, Drоnun, Gibbоnun, Dоluxаnоvun və b. bаşçılıq etdikləri erməni quldur dəstələrinin Nаxçıvаn, Şərur-Dərələyəz və Оrdubаd qəzаlаrındа 50-dən аrtıq müsəlmаn kəndlərinə, Nаxçıvаn, Şərur-Dərələyəz və Оrdubаd şəhərlərinə bаsqınlаrı, bu əraziləri dаğıdıb, yаndıraraq 73727 nəfəri vəhşicəsinə qətlə yetirmələri, cаnlаrını qurtаrаnlаrın isə öz yurdlаrındаn didərgin düşmüşdülər.

İrəvan soyqırımı

İrəvanda türk-müsəlman əhaliyə qarşı soyqırımla bağlı Türkiyənin Baş Nazirliyinin Osmanlı arxivində materiallarda ətraflı məlumatlar verilmişdir. İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar: 03 iyul 1919-cu il tarixli “Ermənilərin Sevan (Göyçə) əhalisinə rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri” adlanan xəritə, 1919-cu ilin iyulunda tərtib olunmuş Araz çayı boyunca soyqırımların həyat keçirildiyi ərazilərin təsvirinin başqa bir xəritədə göstərilmişdir.

1920-ci ilin fevralında İrəvan quberniyasının Şörəyel qəzasında 1350 nəfər əliyalın əhali kəndlərini tərk edərkən ermənilər tərəfindən məhv edilmişdir. Həmin ilin mart ayında Şörəyel qəzasında 2000 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətl edilməsi haqda həmin tarixi sənədlər şahidlərin imzası ilə ingilis nümayəndəsinə və Osmanlı dövlətinin XV Nizami ordu rəhbərliyinə ünvanlanmışdır. Bundan başqa 1920-ci ilin iyununda erməni silahlı birləşmələri Uluxanlı (İrəvan) ətrafındakı – Qaraoğlu, Lələoğlu, Novosəlim, Qaraçayır, İğdır, Ağpinar, Qırxpinar, Ağçaqala Çuxuru kəndlərini yandıraraq əhalisini tamamilə məhv etmələri, 1920-ci ilin sonunda ermənilər İrəvan bölgəsinin Qızılkilsə kəndində 50 nəfər uşaq və yeniyetməni balta ilə doğrayaraq öldürmüş, gözlərini qızdırılmış şişlərlə çıxarmış və cəsədlərini qazanlarda yandırmaları, 1919-cu il iyulun 3-də tərtib olunmuş sənəddə ermənilərin Vedi ətrafını 4 tərəfdən mühasirəyə alaraq buranı aramsız top atəşinə tutduqları, Araz çayı ətrafında yerləşən kəndlərə hücum edərək əhaliyə görünməmiş işgəncələr verdiyi,  28 yanvar 1921-ci il tarixində tərtib olunmuş sənəddə 1920-ci ildə İrəvan və İğdır arasında yerləşən kəndlərin türk-müsəlman əhalisinin ermənilər tərəfindən tarixdə görünməmiş vəhşiliklə həyata keçirilən soyqırıma məruz qaldığı, eləcə də Türkiyə Respublikası Başbakanlıq Osmanlı Arxivinın “Hariciye Nezareti siyasi Kısım” fondunda olan sənədlərdə, təbrizli tarixçi alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli şəhər olmuşdur” (Tehran, 1380, 243 s.) və “Arazın hər iki sahilində müsəlmanların soyqırımı” (Təbriz, 1383, 211 s.) əsərlərində məlumatlar verilmiddir.

Zəngəzur soyqırımı

FTK-nın üzvü N.Mixaylovun 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzə hazırlamışdır.

Ümumiyyətlə, Zəngəzur bölgəsində azərbaycanlılara qarşı kütləvi zorakılıqlar 1917-ci ilin sonu – 1918-ci ildə və Zəngəzur bölgəsində erməni təcavüzünün genişlənməsi və onun nəticələri  isə 1919-cu il – 1920-ci illərin əvvəllərinə təsadüf edir.

Zəngəzur qəza rəisi Malik Namazəliyevin məruzəsində,  Malik Namazəliyevin 30 oktyabr 1918-ci il tarixli raportunda,  İ.Musayevin 32 kəndə aid materiallarında,  M.Namazəliyevin 4 dekabr 1918-ci il tarixli və Cəbrayıl Milli Şurasının sədri Cəmil Sultanovun teleqramlarında,  Zəngəzur qəzasının 3-cü sahəsinin pristavının teleqramında 1918-ci ilin sentyabr ayının sonundan 1919-cu il yanvarın 12-ə qədərki dövrdə həmin sahədə ermənilərin törətdikləri qanunsuzluqlar haqqında müfəssəl məlumatlar öz əksini tapmışdır.

Beynəlxalq və regional güclərin hərtərəfli dəstəyini alan Andranikin əsas məqsədi – Zəngəzuru Ermənistan Respublikasının tərkibinə qatmaq idi.  1918-ci il dekabrın 2-də Gülyataq erməniləri Andranikin əsgərləri ilə birgə böyük silahlı dəstə ilə Sırxavənd kəndinə, Alavurt ermənilərinin 1918-ci il 24 dekabrında Buyunəkər müsəlman kəndinə hücumlar etmişlər.

Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrində yaranmış mürəkkəb hərbi-siyasi vəziyyətin Azərbaycanın yenicə formalaşmış Parlamentinin 10 dekabr 1918-ci il tarixli və 16 yanvar 1919-cu il tarixli iclasında Zəngəzurda erməni vəhşilikləri nəticəsində  oradan didərgin düşmüş soydaşlarımızın ağır vəziyyəti haqda müzakirə olunmuşdur.

Azərbaycan hökumətinin Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluğun təsis edilməsi və nüfuzlu dövlət xadimi Xosrov bəy Sultanovun general-qubernator təyin edilməsi haqqında  29 yanvar 1919-cu il tarixli qərarı. Azərbaycan hökumətinin həyata keçirdiyi diplomatik-siyasi, hərbi tədbirlər, müttəfiq qoşunların komandanlığı ilə apardığı danışıqlar nəticəsində Andranikin bölgəni tərk etməsi, X.Sultanovun “Qarabağda ingilislərin siyasəti ilə bağlı yaranmış vəziyyət və onun aradan qaldırılması üçün zəruri tədbirlər” haqda məlumat hazırlamışdır.

Zəngəzurun bir sıra müsəlman kəndlərində erməni təcavüzünə qarşı X.Sultanovun qardaşı Sultan bəyin özünümüdafiə dəstəsi yaradılmışdır. Avqustun 24-də Sultan bəyin dəstəsi ilə erməni dəstələri arasında döyüş baş vermiş, avqustun 27-də Nors kəndi, avqustun 29-da Nijadzor və Gümrü kəndləri ətrafında döyüşlər getmişdir.

Ermənistan hökuməti ingilis-Amerika himayədarlığından istifadə edərək 1919-cu ilin sentyabr ayından etibarən Zəngəzur qəzasında yerli ermənilərin separatçılıq hərəkətlərini dəstəkləmək, hərbi yolla bölgəni ələ keçirmək üçün oraya nizami qoşun hissələrini, hərbi texnika və silah-sursat göndərməsini sürətləndirmişdir. Erməni hökumətinin qərarı ilə Dro Zəngəzur rayonundakı qüvvələrin komandiri, Qazarov isə onun müavini təyin edilməsi, buraya 4 rota və xeyli zabit, 5 top göndərmişdir.

1919-cu ilin sentyabrında erməni nizami qoşun hissələrinin və yerli silahlı dəstələrin Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərinə basqınlar etmişdirlər. 1919-cu ilin sentyabrın 1-3- də Qafan ermənilərinin Tarovlu və Fərcan kəndləriə, sentyabrın 4-də çoxsaylı erməni silahlı dəstələrinin Quba-Kəlaği kəndinə hücumlar etmişdilər.

Mövcud məlumatlara görə 1919-cu ilin oktyabr ayının əvvəllərində Zəngəzurun 110 böyük kəndi məhv edilmişdir. “Azərbaycan” (1919, 17 oktyabr) qəzetinin məlumatına görə Türkiyə hərbi hissələrinin bölgəni tərk etməsindən sonra Zəngəzur mahalında 120 müsəlman kəndi dağıdılmış, bu kəndlərdən 70-ə yaxınının əhalisi tamamilə məhv edilmiş, qalanlarını isə labüd ölüm gözləyirdi. Ermənilər təkcə Dığ və Gorus rayonlarında 6000 canlı qüvvəyə, 4 haubitsa və 2 top, 200-300 nəfərlik nizami süvari dəstəsinə malik idilər.

Noyabrın 19-da erməni komissar Hamazaspın  40 süvari və 200 əsgərlə Oxçu kəndini mühasirəyə almış, 1919-cu il noyabrın 26-da Xinzirək ermənilərinin Əliquluuşağı kəndinə hücum etmişdir. Zəngəzurda müsəlmanlara qarşı qırğın və talanlarla əlaqədar Azərbaycan XİN Ermənistan XİN-ə etiraz notası göndərmişdir.

Musavat partiyasının II qurultayında Zəngəzurdan olan nümayəndə M.Axundzadənin çıxışın Parlamentində 1919-cu il 14 oktyabr və 4 dekabr tarixli iclaslarında Zəngəzur məsələsi? Dövlət Müdafiə Komitəsinin 6.01.1920-ci il tarixli iclasında Daxili İşlər Nazirliyinin “Zəngəzurun müsəlman kəndlərinin ermənilər tərəfindən dağıdılmasının davam etməsinə qarşı zəruri tədbirlərin görülməsi” ilə bağlı müzakirələr olmuşdur.

1920-ci il yanvarın 3-də ermənilərin Qərçivan kəndində vəhşiliklər törətmişdilər. 1920-ci il yanvarın 16-da Dövlət Müdafiə Komitəsinin növbəti iclasında Zəngəzurda hərbi şəraitin yenidən mürəkkəbləşməsinin müzakirəsi aparılmışdır. 1920-ci il yanvarın 19-da erməni nizami qüvvələri artilleriyanın köməyi ilə hücuma keçərək Əliquluuşağı, Eyvazlı, Şurnuxa, Seltas, Məzrə, Şahverdilər, Novlu, Tarovlu, Əyin kəndlərini darmadağın edilmiş, yanvarın 21-də Zəngəzur qəza rəisliyinin yerləşdiyi Dondarlı kəndinin ermənilər tərəfindən işğal edilmişdir. Hadisə ilə bağlı həmin gün Azərbaycan Parlamentinin üzvü Cəlil Sultanov Qaryagindən Azərbaycan Parlamentinə teleqram göndərmişdir.

Azərbaycan Cümhuriyyətinin DİN dəftərxanasının IV şöbəsinin qəzanın müxtəlif yerlərindən göndərilmiş məlumatların ümumiləşdirilməsi nəticəsində hazırladığı birinci sənəddə “Ermənilər tərəfindən məhv edilmiş müsəlman kəndlərinin adlarını göstərməklə Zəngəzur qəzasında son hadisələri haqqında rəsmi məlumatların siyahısı”, ikinci sənəddə isə – Qarabağ general-qubernatorunun Daxili İşlər Nazirinə göndərdiyi, 1920-ci ilin 19-26 yanvarında ermənilər tərəfindən Zəngəzur qəzasında yandırlmış və dağıdılmış 51 müsəlman kəndinin siyahısı verilmişdir.

1918-ci ildə ermənilər tərəfindən Cənubi Azərbaycanda soyqırımın törədilməsində xarici missioner təşkilatların fəaliyyəti

Cənubi Azərbaycanın qərb bölgəsində birləşmiş erməni-aysor silahlı dəstələrinin yaradılmışdır. Azərbaycanlılara qarşı soyqırım törətmək məqsədilə birləşmiş erməni-aysor silahlı dəstələrini təşkil edərkən Rusiya konsulu B.Nikitinin özlərinə bəraət qazandırmaq üçün reallığı əks etdirməyən bəyanatı vermişdir. 1918-ci il aprelin 4-də birləşmiş erməni-aysor silahlı dəstələrinin yaradılmasından sonra qoşunun yaranmasının elan edilməsinə dair farsca, rusca, aysorca və ermənicə elanlar vermişdilər.

1918-ci ildə ermənilər tərəfindən Cənubi Azərbaycanda soyqırımın törədilməsində xarici missioner təşkilatların rolu olmuş, eləcə də İran və Cənubi Azərbaycanda Qərb missioner təşkilatlarının fəaliyyətə başlamışdır. Qeyd edək ki,  1807-ci ilin iyununda G.Qardanın rəhbərliyi altında hərbi, tibbi və mühəndis mütəxəssislərinin və eyni zamanda iki Yezuit (Jesuites) ruhanilərindən ibarət Fransanın katolik missioner heyətinin Cənubi Azərbaycana daxil olmuş, 1831-ci ildə Fander (Phander) adlı missionerin Təbrizdə, Urmiyada xristianlar arasında suryani (aysor) kitablarını yaymışdır. 1836-cı ildə Bazel adlı missioner təşkilatının Təbrizdəki baş qərargahının bağlanmışdır. Amerikalı Dr. Qrant və mister Justin Perkinzlə birlikdə 1834-cü ildə Urmiyaya gəlmiş, Dr. Perkinz İranda protestant missioner təşkilatının əsasını qoymuş, 1898-ci ildə isə Urmiyada Rus missioner təşkilatının qərargahının açılmışdır.

Ermənilərin Cənubi Azərbaycanda törətdiyi soyqırım və onun nəticələrinin (1918-ci ilin fevral-sentyabr ayları) Həsən Səfəri “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” ddlı əsərində Erməni və aysorların 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlıların soyqırımına məruz qoymasının nəticələrini belə qeyd etmişdir: 1. Urmiya, Salmas, Xoy və ətraf ərazilərin əhalisindən 200 min nəfərədək kişi, qadın və uşaq soyqırımı nəticəsində həyatını itirdi. Həmin bölgədə elə ailə tapmaq mümkün deyildi ki, ailəsinin ən azı bir üzvünü itirməsi. 2. Şəhərin əksər evləri, xüsusilə əyan və varlıların evləri və var-dövləti qarət edildi. Həmin günədək nökər və qulluqçu işlədən şəxslər qısa müddətdə şam yeməyinə belə möhtac qaldılar. 3. Azərbaycanlıların yaşadığı kəndlər viran edilib boşaldıldı, var-dövlətləri əllərindən çıxmış kəndlilər isə əkdikləri məhsulu yığa bilmədilər. 4.Urmiya, Salmas və Xoy şəhərinin bazarları ermənilər və ruslar tərəfindən bir neçə dəfə talanıb, tacirlərin var-dövləti qarət edildi. 5. Yolların bağlanması və ticarətin məhv olunması ilə əhalinin gündəlik təlabat mallarında qıtlıq yarandı və qiymətlər bir neçə dəfə artdı. Həmçinin əkinin az olması, məhsulun olmaması və qıtlıq üzündən də sayda insan aclıq, eləcə də soyqırımı və yayılan yoluxucu xəstəliklərdən tələf oldu. 6. Abadlıq və gözəlliyinə görə məşhur olan Urmiya şəhəri xarabaya çevrildi .

Urmiyada soyqırım

Birləşmiş erməni-aysor silahlı dəstələrinin Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı kütləvi soyqırımı Urmiya şəhərindən başlamışdır. Urmiyada əhalinin soyqırımının ilk mərhələsi 1918-ci il fevral ayının 22-də baş vermişdir.  Osmanlı qoşunun 1918-ci il avqustun 1-də Urmiyaya daxil olması. 1918-ci il yanvarın 23-də və 1918-ci ilin fevralın 16-da erməni və cilolar (aysorlar) silahlandıqdan və onlardan ibarət xristian silahlı dəstələrin kəndlərə, qəsəbələrə hücumu və dinc əhaliyə qarşı hücum və qətillər törətmişdilər. Xristian silahlı dəstələrinin başçısı B.Marşimonun Urmiyadakı siyasi partiyalara ismarıc vermişdir.

1918-ci il fevralın 19-da Urmiya şəhər polis qüvvələri ilə erməni-aysor silahlı dəstələri arasında atışma olmuşdur. Fevralın 20-də Urmiya şəhərinin hakimi Əcləlmülkün xristianların başçılarını hökumət idarəsinə dəvət etməişdir. Urmaiyadakı soyqırımda ABŞ konsulu mister A. Şedin rolu olmuşdur. İran dövlətinin Urmiyadakı nümayəndəsi R.Mötəmidəlvüzəranın da iştirak etdiyi iclasda erməni və aysorlardan ibarət xristian  dəstə başçılarına azərbaycanlıların ultimatumu vermişdir.

Urmiyada azərbaycanlıların soyqırımının ikinci mərhələsi də son dərəcə aöır olmuşdur. Faciə ilə bağlı 1918-ci ildə soyqırım zamanı Urmiyada uşaq olan və bu hadisələri öz gözləri ilə görən Əli Dehqanın xatirələri,  M.B.Məmmədzadənin 1918-cilin noyabrında Tiflisdə yalnız bir nüsxəsi işıq üzü görən “Qardaş qayğısı” adlı qəzetdə çap etdirdiyi məqaləsi çap olunmuşdur.     Urmiyada 1918-ci ildə soyqırımda azərbaycanlıların kütləvi basdırıldığı Qarasandıq qəbiristanlığında qazıntı nəticəsində kütləvi məzarlıq da aşkar edilmişdir.

Xoyda soyqırım

Andranikin Cənubi Azərbaycanın Xoy şəhərinə hücum etmişdir. Andrak 1918-ci ildə Mançester-Paris-Türkiyə-Ermənisyan-İran-Tehran-Ordubad vasitəsilə İrəvana külli miqdarda silah gətirmişdir. Andranik erməni-aysor silahlı dəstələrinin işğalında olan Urmiya və Salması Ermənistan Respublikasına birləşdirməkdə əsas maneə hesab edilən Xoy şəhərini hədəfə almışdır.

Cənubi Azərbaycanın Qərb bölgəsində 1918-ci ildə birləşmiş erməni-aysor silahlı dəstələrinin böyük fəlakətlər törətməsindən xəbər tutan Osmanlı qoşunum azərbaycanlıların soyqırımına məruz qaldırmasını dayandırmaq məqsədilə ermənilərlə müzakirə aparmış, lakin ermənilərin isə buna əhəmiyyət verməmişdilər.

Erməni silahlı dəstələri I Dünya müharibəsində Azərbaycan və Anadolu türklərini qırmaqla ruslara böyük köməklik göstərmişdilər.

Andranikin silahlı dəstələrinin Xoy şəhərinə hücumu barədə şəhər əhalisinə ilk məlumatı Osmanlı hərbi qərargahının komandanı elan etmişdir. Osmanlı ordusunun Salmasdakı qələbəsi ilə bağlı Xoy şəhərində 3 günlük şənlik, nitqlər söylənilmişdir. (M.Ə.Riyayi. Xoyun tarixi. Tehran, 1378, s.475). 22 iyul 1918-ci ildə Osmanlı ordusunun siyasi məsələlər üzrə nümayəndəsi zabit Yusif Ziyanın nitqi söyləmiş, Xoy şəhərində olan Osmanlı siyasi nümayəndəsi ilə iki Osmanlı əsgəri Andrakin Xoya hücumu və şəhəri mühasirəyə aldığı barədə Osmanlı ordusuna məlumat vermək üçün Urmiyaya yola düşmüşdür.

21 iyul 1918-ci ildə 500 nəfər erməni atlısının, 500 piyada ilə birgə Culfaya gəlmişdir.

Xoy şəhərinin əhalisi şəhərin müdafiəsi haqqında qərar vermək üçün Xoydakı Qarı Məscidinə toplanmışdır. Urmiya və Salmasda əhalinin başına gətirilən hadisələrdən xəbəri olan Xoy əhalisi müqavimət göstərmişdir. Andranikin silahlı dəstələrinin hücum xəbəri Cənubi Azərbaycana daxil olan Osmanlı ordusuna çatdırılan kimi qoşunun baş komandanlığının 23 iyulda verdiyi göstərişə əsasən Muğancığın şimalında dincəlməli olan 12-ci piyada diviziyası iyulun 23-dən 24-ə keçən gecə Xoyun 5 km-liyində Qəzənfər dağlarına çatmışdılar.

Andranik  Xoy ətrafına hücum edəndə osmanlılar Urmiyanın 4 fərsəxliyində (hər fərsəx -6240 m-dir) yerləşən Kərimabadda erməni-aysor silahlı dəstələri ilə döyüşürdü. Andranikin Xoya hücumunu eşidən Osmanlı qoşunu dərhal geri çəkilib 10 saat ərzində 18 fərsəx yol qət edib Xoya çatmışdır. (Rəhmətullah Tofiq. Urmiya tarixçəsi və I Dünya müharibəsi illərindən sonra oradakı hərcmərliklər barədə qeydlər. 1382, s.136). Andranik Əli Ehsan Paşanın qoşununun Salmasdan Xoya gələ biləcəyini əvvəlcədən çatan kimi qoşununun bir hissəsini Salmas yolunun iki tərəfində yerləşən Qəzənfər və Qolabı dağlarında yerləşdirmişdir (M.Ə.Riyayi. Xoyun tarixi. Tehran, 1378, s.478-479).

Andranikin silahlı dəstələrinin hücuma keçdiyi anda Xoy şəhərinin alimlərindən Hoccətülislam və Ağa İbrahim Müctəhidinin əhali qarşısında çıxışlar etmişdilər. 1918-ci il iyul ayının 25-də osmanlı ordusu şəhər və ətrafı düşmən ünsürlərdən təmizləmişdir. Xoy əhalisinin Osmanlı ordusu gələnə qədər də müqavimət göstərmişdir. Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olması və Andranikin məğlubiyyəti Azərbaycanda əhalinin soyqırımın miqyasının daha geniş xarakter alması, eləcə də Azərbaycan ərazisi hesabına ikinci erməni dövlətinin yaradılmasının qarşısını alınmışdır.

Salmasda soyqırım

Salmas Qafqazla Şərqi Anadolu arasında körpü rolunu oynadığı üçün daim ermənilərin, eləcə də Rusiya və Qərb dövlətlərinin daim diqqət mərkəzində olmuşdur.

1918-ci martın 18-də üçüncü dəfə olaraq erməni-aysor silahlılarının Köhnəşəhərə hücumu edərək azərbaycanlılara qarşı soyqırım etmişdilər.  Köhnəşəhərdə birləşmiş erməni-aysor silahlı dəstələri tərəfindən işğal edildiyi gün qətliam edilən dinc azərbaycanlı qadın, uşaq və qocaların sayının 1000 nəfərdən çox olmuşdur.

Kazak diviziyasının komandanı polkovnik Kazakovski də 2 oktyabr 1897-ci ildə ermənilərin Azərbaycan şəhərlərinə köçməsi barədə qeyd edir ki, “son zamanlar Türkiyədə təqib olunan ermənilər İrana köçürlər. Təxminən 7-8 min erməni Urmiya və Xoy şəhərinə sığınıb” (M.Ə.Riyahi. Xoy tarixi. Tehran, 1378, s.400). Türkiyənin ATASE arxivindən əldə edilən (ATASE, K, 1/3, D.18, F.22; K.1/1, D 151, F 42)  sənədə əsasən, “ingilislərin Alaçatı tərəfindən gizli yollardan qatır satın aldıqları və 50000-ə qədər erməni mühacirini Dilman (Salmasın mərkəzi) ətrafındakı kəndlərə yerləşdirməsi haqqında da məlumat verilir”. Bitlisdən İstanbul alıqapısına göndərilən digər sənəddə isə ermənilərin Xoy və Salmasa toplaşdığı söylənilir. Bunların xərclərini isə Tiflisdən və oradakı erməni komitələrindən  təmin edildiyini qeyd edilmişdir.

Ermənilərin Salmasa gəlib toplaşması və bu bölgəni erməniləşdirmə cəhdi missionelərin qeydlərində də etiraf edilir. ABŞ-ın missionerlik fəaliyyəti ilə bağlı əsərdə qeyd edilir ki, “1917-ci ildə Türkiyənin Van bölgəsindən erməni mühacirləri Azərbaycana sığındı. Həmin ermənilərin bir hissəsi yollarda ölsələr də, təxminən 30-35 min erməni Salmas düzənliyinə gəlmişdilər”. (Doktor Con Older. İranda ABŞ missionerlərin fəaliyyətinin tarixi. (fars dilinə tərcümə).Tehran, s. 79). Osmanlı Xarici İşlər Nazirliyinə aid digər sənəd isə ermənilərin Xoy və Salmasa toplaşdığı və Osmanlı keşişinin Salmasda inqilabçı ermənilər tərəfindən qətlə yetirildiyinə  etiraz edildiyi qeyd edilmişdir. Həmçinin səfirliyə, Salmas, Urmiya və Təbrizdə Osmanlı nümayəndəliyinə lazımi göstəriş verildiyi bildirilib. 1889-cu il iyunun 31-də Rza paşanın əsgərlərindən baş nazir Kamilə 2000 ədəd sürməli tüfəngin ermənilərə paylanmasına və bir çox erməni süvarilərin osmanlıların Hakkari bölgəsinə yaxın göndərilməsinə dair hesabat göndərildi (T.Məlikzadə. Salmasın və Qərbi Azərbaycanın on min il tarixi. Təbriz, 1384, s. 121).

Erməni və aysorların 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlıların soyqırımına məruz qoymasının ağır nəticələri olub. Cənubi Azərbaycanın təkcə Urmiya, Xoy və Salmas şəhərlərində ermənilər tərəfindən soyqırımı edilənlərin sayı 160-200 min nəfər arasında olub. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Cənubi Azərbaycandakı müsəlman-türklərin soyqırımı haqda yazmağı və təhqiqat aparmağı yasaq etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin sayı indiyə qədər dəqiq verilməmişdi. Təbrizdə çıxan “Dilmanc” jurnalı isə 1918-ci ilin sözügedən soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi “Azərbaycanın 18 illik tarixi” kitabında 130 min nəfər, Camal Ayrumlunun Urmiyada çıxan “Nəvide Azərbaycan” qəzetindəki məqaləsində 150 min nəfər, Həsən Səfəri “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı əsərində 200 min nəfər yaxın olduğu göstərilir.

Fikirmcə, həm yerli, həm də dünya ictimaiyyətinə Azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin tarixi məqsədlərini; Erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, Müstəqil Azərbaycan Respublikasının Azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini, beynəxalq aləmə Azərbaycanlıların soyqırımına aid tarix faktları izah etməyi, Azərbaycanlıların soyqırımına aid həm Azərbaycan, həm də xarici dilli mənbəşünaslığa, tarixşünaslığa, arxiv materiallarına, elmi ədəbiyyata, dövrü mətbuata, fotolara, AXC-nin Fövqəladə Təhqiqat Komissiyasının materiallarını, eləcə də tarixi sənədlərdən çıxış edərək azərbaycanlıların soyqırımını bəşəriyyyətə qarşəı cinayət faktı kimi əsaslandırmağı, Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur, Salyan, Neftçala, Lənkəran, İrəvan, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırım haqqında tarixi həqiqətləri ətraflı şəkildə çadıtılması sön dərəcə mühüm və əhəmiyyətlidir.

Sübhan Ələkbər oğlu Talıblı,

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Soyqırımı Kompleksinin elmi içisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Şərhlər bağlıdır.