İRANDA DAŞQINDAN ÖLƏNLƏRIN SAYI 69-A ÇATIB

MƏLUMAT YENİLƏNİB

İranda son sel daşqınlarında ölənlərin sayı 69 nəfərə çatıb.

Bunu İranın Böhran Vəziyyətlərində İdarəetmə Təşkilatının Texniki məsələlər üzrə sədr müavini Nəcad Cahani deyib.

O bildirib ki, son 9 gündə ölkədə baş verən son daşqınlarda həyatını itirən 69 nəfərdən 6-sı İraq, itkin düşən 45 nəfərdən 3-ü isə İraq vətəndaşıdır.

Daşqınlarda 39 nəfər xəsarət alıb, onlardan 3-ü İraq vətəndaşıdır.

Ölkənin 24 əyaləti daşqınlardan zərər çəkib. Bu sel daşqında ən çox insan tələfatı Tehran əyalətində qeydə alınıb. Kerman, Yəzd, Mazandaran, Mərkəzi, Sistan və Bəlucistan və Luristan əyalətləri də daşqından ciddi zərər çəkib.

Ümumilikdə, daşqın nəticəsində 20 min yaşayış evinə ziyan dəyib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.