Bu gün Güney Azərbaycanda Milli Azadlıq Hərəkatının tanınmış simalarından olan Güney Azərbaycan Konqresinin sədri, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Cəmiyyətinin təsisçisi, Azərbaycan Demokrat Firqəsinin yadigarı Abdulla Əmir Haşimi Cavanşirin doğum günüdür.
Ümid Partiyasının sədri İqbal Ağazadə Abdulla bəyə təbrik müraciəti ünvanlayıb:
Hörmətli Abdulla bəy! Siz çağdaş tariximizin Güney Azərbaycan adına təmənnasız və bütün varlığı ilə mübarizə aparan önəmli simalarından birisiniz. Bütün həyatınız əsarətdə qalan millətin haqları uğrunda mücadiləyə həsr olunub. Sizi, Güney Azərbaycanın Azadlığı yolunda yorulmaz mübarizi doğum gününüz münasibətilə öz adımdan və Ümid Partiyasının Rəyasət Heyəti adından təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayır, gələcək doğum günlərinizi azad və milli-demokratik dəyərlərə söykənən Güney Azərbaycan vətəndaşı kimi qutlamanızı diləyirəm.
Şərhlər bağlıdır.