BÖHRANLAR ÖLKƏSI İRANDA NƏ BAŞ VERİR?

HEÇ NƏ! ADƏTKƏRDƏ OLDUQLARI İĞTİŞAŞLAR

Məlum olduğu kimi, artıq neçənci gündür İranda hicabsız gənc qadına qarşı ƏXLAQ(?) polisinin gördüyü tədbir nəticəsində onun ölməsi əleyhinə dairəsi daim genişlənən lokal etirazlar baş verir və demək olar ki, hər yerdə iğtişaşara çevrilir. Yəni etiraz iştirakçıları rejimə olan nifrətlərini hakimiyyət qurumlarına, onun simvollarına, polis işçilərinə qarşı hərəkətləri ilə nümayiş etdirirlər.

Bir multfilmdə deyildiyi kimi “NEPRAVİLNIY” (düz olmayan) İranda rejimdən narazı olmayan yoxdur və demək olar ki, 42 illik ömrü ərzində daim irili və xırdalı etirazlar baş verib və hər dəfə də etirazçılardan çoxlu sayda ölən və yaralananlar olub.

Son illərdə etirazlar hər il baş verir və eyni nəticə ilə başa çatır. Etirazların ümumi və geniş bir inqilaba çevrilməməsinin səbəbi hakimiyyətdaxili müxalifətin rejimin devrilməsində maraqlı olmamasıdır. Rejim devrilərsə, onda sistem müxalifəti də dərbədər olar. Çünki mövcud böhranlı vəziyyət üçün hazırki və eləcə də dünənki hakimiyyət məsuliyyət daşıyır. Ona görə etirazların bir nəticə verəcəyini gözləmık əbəsdir. Son çıxışlar daha çox qadın hüquqları ilə və yə mədəni hüquqlarla bağlı olduğundan hər hansı bir iri miqyaslı hərəkata çevriləcəyini demək olmaz. Etirazlar sosial problemlərdən irəli gəlsə də, sosial tələblər irəli sürülmədiyindən sosial dayağı da çox məhduddur. Ancaq enerjili gəncləri görmək olur. İğtişaşlar xaricdən və daxildən dəstəklənir. Zəif xarici müxalifət, İranda oppozisyon adlandırıan qüvvələr rejimi devirmək məqsədi güddüyü halda, güclü sistem müxalifəti qrup maraqlarını təmin etməyə çalışır. Ona görə də belə məhdud tələblərə və iştirakçılara əsaslanan iğtişaşlardan QLOBAL nəticə gözləmək yersizdir.

KAŞ YANILAYDIQ.

Vidadi Mustafayev

Şərhlər bağlıdır.