İranın keçmiş prezidenti Məhəmməd Hatəmi bildirib ki, Türkiyə neftə sahib olmasa
da, turizm və sənayedə İrandan daha yüksək inkişaf səviyyəsinə çatıb.
“Haber Global”a istinadən xəbər verir ki, siyasətçi İranın Yəzd şəhərinə səfəri zamanı
mövcud vəziyyətlə bağlı açıqlamalar verib.
“Demək istəmirəm ki, Türkiyə bizim üçün model deyil. Amma Türkiyənin bir damla
da nefti yoxdur. Buna baxmayaraq, bu gün turizm və sənayedə bizdən çox irəlidədir.
Bizim neftimiz var, onlarda isə yoxdur, amma onların turizm gəlirləri bizim ümumi neft
gəlirlərimizdən çoxdur”, – deyə Hatəmi qeyd edib.
Sabiq dövlət başçısı İran iqtisadiyyatının neftdən asılı olduğundan şikayətlənib.
“Biz başqa xəyalların arxasınca düşdük. Regiondakı digər ölkələrdən geri qaldıq.
İnkişafımız yalnız hərbi sahədə olub və bu, raket proqramımızın sayəsindədir. Buna
görə də hərbi sahədə regionda üçüncü yerdəyik, lakin digər göstəricilərdə çox geri
qalırıq”, – Hatəmi deyib.
Azerbaycan-ruznamesi.org
Əvvəlki
Şərhlər bağlıdır.