Sərabda Qarabağın azad olması münasibətilə qurban kəsənləri tutublar

İran rejiminin təhlükəsizlik qüvvələri Sərabda bir qrup fəalı Qarabağın azad olması münasibətilə qurban kəsdikləri üçün həbs edib.

Gunaz.tv

Dünən bir qrup Sərab sakini və milli fəal əllərində Güney Azərbaycanın “Traxtur” futbol komandasının bayrağını əllərində tutaraq və “Qarabağ elə bil anamdır mənim” şüarları səsləndirərək, Azərbaycanın Qarabağı erməni işğalından azad etməsi münasibətilə qurban kəsib.Məlumatlara görə, bundan bir neçə saat sonra İran rejiminin təhlükəsizlik qüvvələri həmin mərasimdə iştirak edən Firuz Əqili, Babək Delxuni və digər azərbaycanlı vətəndaşları tutublar.

Qeyd etmək lazımdır ki, Quzey Azərbaycan Ordusunun Ermənistan işğalçılarını ağır məğlubiyyətə uğradaraq Qarabağı işğaldan azad etməsinin ardınca güney azərbaycanlılar şirniyyat paylamaq və atəşfəşanlıqla Qarabağın azadlığını qeyd edirlər. Lakin İran rejiminin təhlükəsizlik qüvvələri onların çoxunu həbs edərək təhdid edir.

Şərhlər bağlıdır.