Bundan əvvəl 2022-ci ilin sentyabr ayında başlayan ümumi etiraz aksiyalarında
həbs edilən Tehranın İncəsənət Universitetinin qız tələbəsi Pərniyan Deliri gizli
şəkildə edam edilib.
Bu barədə jurnalist və ictimai fəal Dilbər Təvəkküli məlumat yayıb.
“Pərniyan Deliri 3 həftə əvvəl edam edilib və ailəsinə xəbəri ictimailəşdirməmək
üçün təzyiq göstərilib. Tehranın Fələstin meydanında ümumi etiraz aksiyasında
həbs edilən Pərniyan Delirinin edamından qısa müddət sonra anası da dünyasını
dəyişib”, – Dilbər Təvəkküli bildirib.
Qeyd edək ki, İran Məhkəmə Sistemi və rəsmi dövlət mediası tələbə qızın edamı
barədə məlumat verməyib.
Azerbaycan-ruznamesi.org
Növbəti
Şərhlər bağlıdır.