Erməni faşitlərinə “II Nürnberq” məhkəməsi təşkil edilməlidir

Son günlər geniş informasiya məkanına daxil olmuş erməni liderlərinin 1993
cü illərə aid olan video xronikası haqlı olaraq ictimaiyyətdə “Erməni faşizmi”
olaraq adlandırılmaga başlanmışdır. Beynəlxalq media da, xüsusilə də Türkiyə
xəbər agentlikləri bu xəbəri yaymaqda və geniş kütlələrə çatdırmaqdadır. İstər
istəməz 90-cı illər insanın yadına düşür və o illərdə necə bir informasiya
blokadasında olduğumuzu xatırladır. Hər gün yaxınlarımızın başına gələn
erməni zülmündən xəbərləri eşitdiyimiz halda dünya mediası erməni təəssübu
ilə, erməni cəfakeşliyi ilə proqramlar yayınlayır və bu da həqiqi mənada
insanlarımızı psixolojı depressiyaya salırdı.
Yayımlanan video arxiv materiallarından məlum olur ki, işğal olunmuş
Azərbaycan ərazilərində insanların kütləvi öldürülməsi, həbs edilməsi və
təcavüzlər, erməni olmayanların kütləvi şəkildə qovulması təsadüfi hadisələrin
nəticəsi deyil, birinci Ermənistan prezidenti Ter-Petrosyanın elan etdiyi “erməni
faşist doktrinasının” nəticəsi olaraq baş verirdi. Ter-Petrosyanın yaratmış
oldugu faşist ideologiyasının həyata keçirilməsində özlərinə məxsus “SS”
qrupları yaradılmış və beynəlxalq təzyiqdən çəkinmədən açıq toplantılar
keçirirdilər.
O zaman da “biz nəyisə düzgün etmirik” düşüncəsi insanı rahat buraxmırdı.
Dünya mediasına etimad, onun tərəfsizliyi haqqında illüziyalar mövcud idi. Bir
sıra demokrat görüntülü jurnalistlər “siz üsulunu bilmirsiz”, “şəffaf olmaq, dünya
mediyasına açıq olmaq lazımdır” deyirdilər.
O illərdə böhranlı dövrü yaşayan Azərbaycanda riyakar dünya mediasına
açıldıqca daha artıq ittiham obyekti olurduq və ittihamlar küçə heyvanlarının
hüququndan başlayaraq cinsi azlıqların hüququna qədər rəngarəng idi.
Ağır illərin sonunda insanlarımız anladı ki, “bizə aid olan media” və “bizə aid
olmayan media” mövcuddur. Biz bunu öyrəndik və 44 günlük şanlı müharibədə
də nəticəsini gördük. Artıq erməni faşıst doktrinasının yaradıcılarına,
ideoloqlarına “II Nürnberq” məhkəməsi keçirməyin də yollarını düşünmək
lazımdır.
Pərviz Kazımi,
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru

Şərhlər bağlıdır.