Yeni rubrika: “İti bucaqdan baxış”

Vidadi Mustafa: "Karlarin könlündəki"

Yeni rubrika: “İti bucaqdan baxış”

Saytımız yeni rubrika açır: “İti bucaqdan baxış”. Bu rubrika altında gedən yazılarda cəmiyyətin yaxşı tanıdığı, müxtəlif ölkələrdə yaşayan alimlər, politoloqlar, sosioloqlar, tədqiqatçılar və s. tanınmış şəxslər insanları düşündürən aktual məsələlərdən söhbət açacaqlar. Rubrikaya
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Vidadi Mustafanın “Karların könlündəki” sərlövhəli yazısı ilə başlayırıq.

“KARLARIN KÖNLÜNDƏKİ”

Putin bu gün (18.12.2020) MDB dövlət başçılarının video iclasında çıxışı zamanı yenə təkrar edib ki, Qarabağdakı döyüşlər zamanı terrorizm təhlükəsi artmışdı.
“Имевшие место боестолкновения, … увеличили риски распространения террористической угрозы”.
Putin daha sonra dinlərin və məbədlərin qeydinə qalaraq deyib ki, onların (MDB dövlətlərinin) qarşısında, o cümlədən tarixi, dini və mədəni abidələrin qorunması və bərpası kimi vəzifələr durur.
Əvvəlki çıxışlarında xristian, yəni erməni abidələrindən danışırdı, indi daha ümumi şəkildə fikrini bildirir. Görəsən, bu 30 ildə bizim Qarabağda və ona bitişik 7 rayonumuzda dağıdılmış şəhərlərimiz, kəndlərimiz və mədəni-tarixi abidələrimiz bunların yadına niyə düşmürdü və düşmür də. Amma abidələrə (ermənilərə aid abidələr nəzərdə tutulur – V.M.) qayğı göstərməyin vacibliyini vurğulamaq və təkrar etməkdən yorulmur.
İranın əsas hökumət və ya yarırəsmi (poliofisioz) xəbər agentliyi “İRNA”nın Bakı ofisinin qeyd edilən iclas haqqında hazırladığı icmal bu
agentliyin saytında Putinin terrorizm təhlükəsi ilə bağlı dediyi fikri başlığa çıxararaq verilibdir – ”Putin: Qarabağ münaqişəsi regionda terrorizmin genişlənməsi təhlükəsini gücləndirdi” (Monaqeşe-ye Qərebağ xətər-e gostəreş e terrorism dər mənteqe ra təşdid kərd“). Putin münaqişə yox, döyüşlərin risk yaratmasından, “İRNA” xəbər agentliyi isə ümumiyyətlə münaqişədən danışır.
Rusiya dövlət başçısı o yarımçıq fikirlə kifayətlənsə də, “İRNA” təhlükənin “ciddi” olduğunu əsaslandırmaq üçün Paşinyanın kütləvi informasiya vasitələrinin və Lavrovun nə vaxtsa dediyi fikirlərə əsalanır.
Vətən müharibəsinin getdiyi günlərdə və onun Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatmasından sonra da İran daim təkrar edirdi və fürsət düşəndə yenə də təkrar edir ki, Suriyadan regiona təkfiri, yəni iranlıların müsəlman hesab etmədiyi (İran ancaq öz terorrçularını müsəlman hesab edir, digərlərini yox) terrorçular gətirilir. Əgər Suriyadandırsa, demək Azərbaycana gətirilirdi və gətirilib. İran, məlumat mənbəyi etibarlı olmasa da, onların sayını da (2000-dən çox) göstərməkdən çəkinmir.
Bu kor yapalaqlara Ermənistan tərəfindən terroristlərin vuruşduğu, necə deyərlər əsaslı şəkildə isbat edilsə də, yenə tutuquşu kimi eyni sözləri təkrar edib erməninin adını çəkmədən yaman qorxurlar.
Əsassız iddiaları təkrar etməklə hər iki tərəf sadəcə olaraq Azərbaycana münasibətdə qərəzli mövqe tutduqlarını gizlətmirlər. Rusiya guya üstüörtülü, ümumi şəkildə, İran isə açıq-aşkar”.

Vidadi Mustafa

Şərhlər bağlıdır.