Tramp Ağ Evdən bu halda gedəcəyini açıqlayıb

“Co Bayden heç Barak Obamanın rekordunu da yeniləməyib”

Donald Tramp:

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Şükran günü ilə bağlı hərbçilərlə keçirdiyi video-konfransda prezident seçkiləri haqqında danışıb.

AYNA xarici KİV-ə istinadən xəbər ki, Tramp rəqibi Co Baydenin qələbəsi rəsmi açıqlanarsa, Ağ Evdən gedəcəyini deyib.

Bununla belə o, Demokratlar Partiyasının seçkilərdə hiylə etdiyini, əslində seçkini özünün qazandığını təkrarlayıb.

“Bildiyim bir şey var ki, o da Baydenin 80 milyon səs toplamamadığıdır. Co Bayden heç Barak Obamanın rekordunu da yeniləməyib”, – deyə Tramp bildirib.

Şərhlər bağlıdır.