İRANDA SEL FƏLAKƏT GƏTİRİR

Ölkənin cənub-qərbində 4 nəfər həlak olub

İranın cənub-qərbində güclü yağışın səbəb olduğu sel fəlakəti nəticəsində 4 nəfər ölüb.

Ölkənin yarırəsmi İranlı İşçilər Xəbər Agentliyi (İLNA) Fövqəladə Hallar İdarəsinin sözçüsü Mücteba Halidiyə istinadən bildirib ki, ölkənin cənub-qərbində fasiləsiz yağan yağış sel fəlakətinə səbəb olub.
Sözçü Fars, Huzistan və Kohgiluye-Buyer Əhməd bölgələrində bunun nəticəsində 4 adamın öldüyünü məlumat verib.

Halidi Xuzistan əyalətinin Dezful şəhərində də sel sularının daha bir adamın faciəsinə səsbəb olduğunu vurğulayıb.

Qeyd edək ki, İranın cənub-şərqində ötən həftə güclü yağışların yaratdığı  sel nəticəsində 14 nəfər həyatını itirmiş, kənd təsərrüfatı sahələrinə və infrastruktura ciddi ziyan dəymişdi.

 

Şərhlər bağlıdır.